Roma-Bakı xəttində yeni təmas: Meloni Azərbaycana gəlir
İtaliyanın baş naziri Corciya Meloni yaxın həftələrdə Azərbaycana səfər etməyə hazırlaşır.
Cia.az xəbər verir ki, Euronewsun məlumatına görə, səfər Bakı ilə Roma arasında strateji əməkdaşlığın davamı kimi qiymətləndirilir. Bildirilir ki, səfərin əsas gündəliyində enerji sahəsində əməkdaşlığın genişləndirilməsi, xüsusilə də Azərbaycan qazının Trans-Adriatik boru kəməri vasitəsilə İtaliyaya nəqlinin artırılması məsələsi yer alacaq.
Məlumata əsasən, Azərbaycan və İtaliya arasında enerji tərəfdaşlığı son illərdə sürətlə inkişaf edib və Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan TAP layihəsi bu əməkdaşlığın əsas sütunlarından biri sayılır.
Prezident İlham Əliyev “Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair 2027-2029-cu illər üzrə Milli Fəaliyyət Planı”nı təsdiq edib.
“Ötən il tarixi Vaşinqton sammitindən sonra Prezident İlham Əliyev bildirib ki, Azərbaycan üçün sülh artıq baş verib. Sonrakı mərhələdə Azərbaycan tərəfindən önəmli addımlar atıldı”.
Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən "Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: Təhlükəsiz yaşayış məskənləri üçün mükəmməllik standartlarının müəyyənləşdirilməsi" mövzusunda 4-cü Beynəlxalq Minatəmizləmə Konfransının iştirakçılarına müraciət ünvanlayıb.
Azərbaycan Prezidenti İlham Əliyev Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi, Vyetnam Sosialist Respublikasının Prezidenti To Lama təbrik məktubu ünvanlayıb.
Azərbaycan Prezidenti İlham Əliyev Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatı sammiti (ŞƏT) çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə ayaqüstü söhbət edib.
Prezident İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının Bişkekdə keçiriləcək sammitində iştirak etmək üçün Qırğızıstana yola düşüb. Dövlət başçısının səfərini işıqlandıracaq Azərbaycan jurnalistləri də artıq Bişkekə gediblər.