Latviya Prezidenti İlham Əliyevi ölkəsinə səfərə dəvət edib
Latviya Prezidenti Azərbaycan Prezidenti İlham Əliyevi ölkəsinə səfərə dəvət edib.
Cia.az xəbər verir ki, bunu Latviya Prezidenti Edqars Rinkeviçs Azərbaycan Prezidenti İlham Əliyevlə Bakıda birgə bəyanatında deyib.
"Sizin söylədiyiniz kimi, biz dəfələrlə görüşmüşük. Əsasən mən xarici işlər naziri olaraq Bakıya səfər edəndə, sonra isə ötən il Davosda görüşlər keçirdik. İndi isə rəsmi səfərlə ölkənizə gəlməkdən böyük məmnunluq duyduğumu ifadə edirəm. İcazə verin deyim ki, biz Sizi Riqada qarşılamağı səbirsizliklə gözləyirik. Biz elə indicə hesabladıq, sonuncu səfərinizdən demək olar ki, 10 il ötüb. COVID illəri və bəzi digər məsələlər olmuşdur, lakin belə mübadilələr həmişə hər iki ölkə üçün faydalıdır. Belə mübadilələr, aramızda olan dostluq siyasi, iqtisadi və mədəni mübadilənin aparılmasına şərait yaradır", - deyə o qeyd edib.
Edqars Rinkeviçs həmçinin deyib ki, o, ilk dəfə Bakıda, Azərbaycanda 2002-ci ildə olub:
"Sonra isə dəfələrlə gəlmişəm. Düşünürəm ki, bu mənim altıncı və ya yeddinci səfərimdir. Sayını itirmişəm. Mən sadəcə hər zaman ölkənizin, xüsusilə də paytaxtınızın necə inkişaf etdiyini gördükdə heyran oluram. Çünki nazirlər və prezidentlər adətən paytaxtdan kənarda çox şeyi görmürlər. Biz Sizin bu məsələyə şəxsən diqqət yetirdiyinizi və bu prosesdə iştirak etdiyinizi bilirik".
“Əminəm ki, Latviya Prezidentinin bu səfəri ikitərəfli imkanlar üçün yaxşı fürsətlər yaradacaq”. Cia.azxəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 22-də ölkəmizdə rəsmi səfərdə olan Latviya Prezidenti Edqars Rinkeviçslə mətbuata bəyanatında bildirib.
Prezident İlham Əliyev “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsində əməliyyat-axtarış subyektlərinin səlahiyyət bölgüsü haqqında” ölkə Prezidentinin 19 iyun 2001-ci il tarixli fərmanında dəyişiklik edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının səksən ikinci sessiyasının iştirakçılarına müraciət edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 17-də 5-ci Antalya Diplomatiya Forumu çərçivəsində Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şəriflə görüşüb.
Prezident İlham Əliyev rayon (şəhər) və hərbi məhkəmələrin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin siyahısında dəyişiklik edilməsi barədə fərman imzalayıb.