banner
banner

Gündəm

DİN və MTN vətəndaşlara- xəbərdarlıq etdi

DİN və MTN vətəndaşlara-

Azərbaycanda bir neçə saat əvvəldən başlayaraq həm Facebook, həm də Whatsapp istifadəçilərinin şəxsi mesaj qutularına “Baku 2015” Avropa Oyunlarında “təhlükəsizlik tədbirləri” haqqında informasiyalar göndərilməkdədir. 

Cia.az xəbər verir ki, həmin informasiyada Azərbaycan vətəndaşlarına müraciət edilərək ehtiyatlı olmaları ilə bağlı xəbərdarlıq edilir və bir neçə gün əvvəlki yanğın hadisəsi kimi hadisələrin yenə baş verəcəyi istisna edilmir. 

Müraciətdə vətəndaşlara təhlükə anında DİN və MTN-in məlum xidməti nömrələri ilə əlaqə saxlamaq tövsiyə olunur. 

Bu “xəbərdarlıq” mesajı ilə bağlı araşdırma aparıb. Məlum olub ki, sözügedən mətn təxminən 23 saat əvvəl Azərbaycan Texniki Universitetinin Facebook səhifəsindən yayılmağa başlayıb. Və onun heç bir rəsmi əsası yoxdur. Hüquq-mühafizə orqanları və müvafiq dövlət qurumları vətəndaşlara belə bir xəbərdarlıq etməyib. Hazırda həmin təxribat xarakterli məlumatın hansı məqsədlərlə insanlara ötürüldüyü haqqında araşdırmalara başlanılıb. 

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.