banner
banner

Təhsİl

DİM sədri xarici dil imtahanlarında yenilikləri AÇIQLADI

DİM sədri xarici dil imtahanlarında yenilikləri AÇIQLADI
Son illərdə xarici dil imtahanlarında mühüm yeniliklər tətbiq olunub.

Cia.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə bu gün keçirilən "Tam orta təhsil səviyyəsində xarici dil fənləri üzrə qiymətləndirmə: yeni yanaşmalar və perspektivlər" adlı tədbirdə bildirib.

Onun sözlərinə görə, artıq bir neçə ildir ki, imtahanlarda dinləmə qurğularından istifadə edilir və bu, dil bacarıqlarının düzgün qiymətləndirilməsi baxımından vacib addımdır:

"Xarici dili bilmək təkcə oxumaq və yazmaq demək deyil. Eyni zamanda onu eşitmək və başa düşmək də bu prosesin ayrılmaz hissəsidir".

M.Abbaszadə vurğulayıb ki, həyata keçirilən islahatlar və beynəlxalq əməkdaşlıq nəticəsində bu sahədə ciddi irəliləyiş əldə olunub:

"Biz hesab edirik ki, gördüyümüz işlər nəticəsində böyük uğurlar qazanmışıq. Bu isə gənclərimizin həm ölkə daxilində, həm də xaricdə daha rəqabətədavamlı olması üçün mühüm rol oynayır".

DİM sədri əlavə edib ki, bu yanaşma müasir dövrün tələblərinə uyğun olaraq dil biliklərinin daha kompleks şəkildə qiymətləndirilməsinə imkan yaradır və gənclərin gələcək imkanlarını genişləndirir.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məleykə Abbaszadədən onunla bağlı ETİRAF – illər sonra açıqladı

2012-ci ildə buraxılış imtahanlarının keçirilməsi Dövlət İmtahan Mərkəzinə (DİM) həvalə olundu. Bu qərarla bağlı geniş və gərgin müzakirələr aparıldı. Buraxılış imtahanlarında riyaziyyat və Azərbaycan dili əsas fənlərdir. Üçüncü fənnin hansı olması ilə bağlı müxtəlif təkliflər irəli sürüldü.

Bağça müdiri olmaq istəyənlərin diqqətinə!

Məktəbəqədər təhsil müəssisələrində müdir vəzifəsinə işə qəbul müsabiqəsinin test imtahanı mərhələsinin nəticələri açıqlanaraq namizədlərin şəxsi səhifələrinə göndərilib.