Sovet dövrünün ən nadir nəqliyyat vasitələrindən biri olan milis avtomobili satışa çıxarılıb. Uzun illər qorunub saxlanılan bu texnika kolleksiyaçılar üçün əsl tapıntı hesab olunur.
Söhbət 1974-cü il istehsalı olan "VAZ-2103" modelindən gedir. Satıcı avtomobilin tam işlək vəziyyətdə olduğunu və üzərindəki zavod rənginin hələ də qaldığını bildirir. Hətta maşının qapılarındakı Dövlət Avtomobil Müfəttişliyinin (DAİ) gerbi də ilkin görünüşünü itirməyib.
Nadir eksponatın kapotunun altında 75 at gücünə malik 1,5 litrlik mühərrik yerləşir. Dörd pilləli sürət qutusu ilə təchiz edilən sedan üçün 7,5 milyon rubl (təxminən 170 min manat) qiymət qoyulub.//Demokrat.az
ABŞ-ın İrandan gələn və Hörmüz boğazının açılmasını nəzərdə tutan təklifinə Vaşinqtonun mənfi cavab verəcəyinə dair xəbərlər neft bazarında qiymətlərin artmasına səbəb olub.
İqtisadiyyat Nazirliyinin Kollegiyası “Vergi inzibatçılığının təkmilləşdirilməsi məqsədi ilə bir sıra normativ hüquqi aktların təsdiq edilməsi haqqında” qərarında dəyişiklik edib
Köhnəlmiş avtomobillərin dövriyyədən çıxarılması və onların utilizasiyası son illərdə ölkədə yol təhlükəsizliyi və ekoloji tarazlıq baxımından gündəmdə olan əsas məsələlərdən biridir. Avtomobil parkının əhəmiyyətli hissəsinin istismar müddətini başa vurması bu sahədə sistemli yanaşmanın tətbiqini zəruri edib. Hazırda utilizasiya prosesi “Təmiz Şəhər” ASC-nin operatorluğu ilə həyata keçirilir. Proses çərçivəsində utilizator kimi fəaliyyət göstərən bir neçə şirkət mövcuddur və vətəndaşlar istismar müddəti bitmiş avtomobillərini elektron portal vasitəsilə qeydiyyatdan keçirərək utilizasiyaya təhvil verə bilirlər. Avtomobil utilizasiyaya təqdim edildikdən sonra sahibinə təsdiqedici sənəd verilir və bu sənəd əsasında ya birdəfəlik ödəniş, ya da yerli istehsal olan yeni avtomobil alarkən güzəşt əldə etmək mümkündür. “Təmiz Şəhər” ASC-ın məlumatına görə, utilizasiya ilə bağlı qiymətlərin artırılması istiqamətdə hazırlanmış təkliflərlə bağlı müzakirələr aparılır. Gələcəkdə utilizasiya qiymətlərində dəyişiklik gözlənilirsə, bu nə vaxt və hansı səviyyədə ola bilər?