banner
banner

İqtİsadİyyat

Zamin duranlar və nisyə mal satanlar üçün YENİ TƏLƏB

Zamin duranlar və nisyə mal satanlar üçün YENİ TƏLƏB

Bu gündən nisyə mal satanlarla bağlı yeni qərar qüvvəyə minib.

Nisyə mal satışı ilə məşğul olan şirkətlərə və fərdi sahibkarlara verilmiş kreditlər üzrə əlavə qiymətləndirmə meyarının müəyyən edilməsi barədə yeni mexanizm artıq tətbiq olunur.

Belə ki, nisyə mal satışı ilə məşğul olan şirkətlərə və fərdi sahibkarlara verilən kreditlər üzrə yeni qiymətləndirmə meyarı müəyyənləşib. Belə ki, həmin şəxslər nisyə satış portfelinin ümumi həcmi və alıcılarının sayı barədə banka məlumat təqdim etməlidirlər. Bank bu məlumatları kredit bürolarına təqdim edilən müvafiq məlumatlarla müqayisə edəcək. Müqayisə zamanı göstəricilərdən hər hansı biri üzrə uyğunluq 90 faizdən az olarsa, həmin kredit qeyri-qənaətbəxş aktivlər kateqoriyasına aid ediləcək.

Davranış modeli əsasında verilmiş kredit verildiyi anda azı nəzarət altında olan aktiv kimi təsnifləşdirilir.

Bundan başqa, dəyişikliyə əsasən, istehlak krediti üzrə təminat qismində zaminlik çıxış etdikdə, zaminin borcunun gəlirə nisbəti əmsalı 70 faizdən artıq olmamalıdır.

Kredit risklərinin hesablanması ilə bağlı müddəaya da dəyişiklik edilib. Belə ki, müvafiq hesablamada model əsasında verilmiş və son 12 ayda balansdan silinmiş kreditlər də nəzərə alınacaq.

Qeyd edək ki, zaminin borcunun gəlirə nisbəti əmsalı ilə bağlı yeni tələb həmin müddəanın qüvvəyə mindiyi tarixdən sonra yaranmış kredit tələblərinə şamil ediləcək.

Məsələn, zaminin aylıq gəliri 1 000 manatdırsa, onun borc yükü üzrə aylıq ödənişləri 700 manatdan çox olmamalıdır.

Azərbaycanda bankların kredit verərkən borcalanın gəlirlərini hesablaması ilə bağlı yeni tələb müəyyənləşib.

Dəyişikliyə əsasən, borcalanın gəlirlərini müvafiq sənədlərlə və ya dövlət informasiya sistemlərindən əldə olunan məlumatlarla müəyyən etmək mümkündürsə, banklar həmin şəxsin gəlirini davranış modeli əsasında proqnozlaşdıra bilməyəcəklər.

Məsələn, şəxsin əməkhaqqı barədə arayışı varsa və ya gəliri dövlət informasiya sistemlərindən müəyyən edilirsə, bank kredit hesablaması zamanı davranış modelinin proqnozlaşdırdığı gəlirdən istifadə edə bilməz. (Oxu.Az)



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Kartla ödənişdən imtina qanun pozuntusudur? - CƏRİMƏ AÇIQLANDI

Nağdsız ödənişlərin genişlənməsinə baxmayaraq, bəzi obyektlərdə vətəndaşların kartla ödəniş etmək istəyi qəbul edilmir və onlardan yalnız nağd pul tələb olunur. Halbuki qanunvericilik POS-terminal quraşdırılması məcburi olan obyektlər üçün müvafiq tələblər müəyyənləşdirir.

Azərbaycanda avro bahalaşdı - Rəsmi

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.

Mərkəzi Bankda yeni təyinat - FOTO

Azərbaycan Respublikası Mərkəzi Bankının (AMB) Ödəniş Sistemlərinin İdarə Edilməsi Bölməsinin rəhbəri vəzifəsinə təyinat olub.