banner
banner

Gündəm

Xaləddin İskəndərov - prokurorluğa çağırıldı

Xaləddin İskəndərov -

Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov mayın 19-da Azadlıq prospektində yerləşən yaşayış binasında baş verən yanğın hadisəsi ilə bağlı prokurorluqda dindirilib.
Cia.az xəbər verir ki, AzNews.az-a daxil olan məlumata görə, hadisə baş verən gündən etibarən qurumun 100-ə yaxın işçisinin ifadəsi alınıb. Bu barədə baş prokuror Zakir Qaralov da dünən Azərbaycan paytaxtında baş verən yanğınla əlaqədar yaradılan Dövlət Komissiyasının ilk iclasında məlumat vermişdi. İfadəsi alınan şəxslər arasında icra başçısı Xaləddin İsgəndərovun da olduğu bildirilir.
Məsələ ilə bağlı Binəqədi İcra Hakimiyyətinin ictimai-siyasi məsələlər üzrə şöbə müdiri Nuridə Allahyarova açıqlamasında faktı təkzib etməyib:“Bununla bağlı baş prokuror da danışmışdı. O belə bir məqamı vurğuladı ki, hadisə ilə bağlı aidiyyəti qurumların nümayəndələri dindirilməyə cəlb olunublar. Bu qurumların da rəhbərləri var. Binəqədi rayon İcra Hakimiyyətinin də bir rəhbəri var. Sözsüz ki, ona da müəyyən suallar verilməlidir. Bu çox təbii prosesdir. Amma bu o demək deyil ki, Xalid İsgəndərov istintaqa cəlb olunub. Bizim indiyə kimi 100-ə yaxın əməkdaşmız çağırılıb və onlara adi qaydada suallar verilib”.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.