banner
banner

İqtİsadİyyat

Azərbaycanda süd məhsulları BAHALAŞIR? - SƏBƏB

Azərbaycanda süd məhsulları BAHALAŞIR? - SƏBƏB

Ölkəyə idxal olunan həm həcmi, həm də dəyəri artır. Təkcə bu ilin ilk aylarında süd və qaymaq məhsullarına çəkilən xərclər ötən illə müqayisədə 61 faiz yüksəlib. Ümumi idxal xərci artıb. Bu da o deməkdir ki, ağartı məhsulları baha başa gəlir. Nəticədə bu artım bazar qiymətlərinə də təsir edir.

Bəs qiymətlər necədir?

Məsələ ilə bağlı iqtisadçı Akif Nəsirli bildirib ki, Azərbaycana idxal olunan süd və süd məhsullarının qiyməti 19.3 faiz artıb. Bunun səbəbi isə dünyada baş verən geosiyasi narahatlıqlar səbəbindən enerji, logistika, sığorta qiymətlərinin bahalaşmasıdır.

Yerli istehsal tələbatı ödəyə bilir?

Ekspert qiymətləndirilmələrinə görə, ölkədə kənd təsərrüfat istehsalı artsa, bazarın tələbatını tam qarşılamır. Bu səbəbdən idxaldan asılılıq davam edir.

Satıcıların sözlərinə görə, pendir 10, yağ 25, qaymaq 10, şor 2 manatdır. Hər şeyin qiyməti artır. Ağartının da qiymətinin yüksəlmə ehtimalı var. Keyfiyyətli məhsul baha başa gəlir.

Alıcılar isə bildiriblər ki, qiymətlərdə artım gündəlik olmasa da mərhələli şəkildə olur, bu da ailə büdcəsinə təsir edir./Milli.Az /



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Avro və rubl ucuzlaşdı, dollar isə...

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.

İkinci əl avtomobil almaq istəyənlərə SEVİNDİRİCİ XƏBƏR

Rəsmi dilerlər tərəfindən satılan bəzi ikinci əl avtomobillərin qiymətləri ucuzlaşa bilər. Buna səbəb həmin avtomobillərin satışına tətbiq edilən əlavə dəyər vergisinin (ƏDV) hesablanması qaydasının dəyişdirilməsinin təklif olunmasıdır.

Kartla ödənişdən imtina qanun pozuntusudur? - CƏRİMƏ AÇIQLANDI

Nağdsız ödənişlərin genişlənməsinə baxmayaraq, bəzi obyektlərdə vətəndaşların kartla ödəniş etmək istəyi qəbul edilmir və onlardan yalnız nağd pul tələb olunur. Halbuki qanunvericilik POS-terminal quraşdırılması məcburi olan obyektlər üçün müvafiq tələblər müəyyənləşdirir.

Azərbaycanda avro bahalaşdı - Rəsmi

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.