banner
banner

Sİyasət

Ərdoğan Ermənistana GEDİR? - İrəvan rəsmi dəvət GÖNDƏRDİ

Ərdoğan Ermənistana GEDİR? - İrəvan rəsmi dəvət GÖNDƏRDİ

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa ölkələri arasında strateji yaxınlıq, əməkdaşlıq, dialoq və koordinasiyanı inkişaf etdirmək məqsədilə yaradılmış Avropa Siyasi Birliyinin (ASB) iclasına dəvət edilib.

Cia.az xəbər verir ki, toplantı mayın 4-də Ermənistanın paytaxtı İrəvanda baş tutacaq.

“Gələcəyin Qurulması: Avropada Birlik və Sabitlik” mövzusuna həsr olunmuş iclasa Avropa İttifaqı (Aİ) Şurasının sədri Antoniu Koşta və Ermənistanın Baş naziri Nikol Paşinyan sədrlik edəcək.

Türkiyə Fransa prezidenti Emmanuel Makronun təşəbbüsü ilə yaradılan ASB-nin 2022-ci il oktyabrın 6-da Praqada keçirilən ilk iclasında iştirak edib. Rəcəb Tayyib Ərdoğan həmçinin 2024-cü il noyabrın 7-də Budapeştdə və 2025-ci il mayın 16-da Tiranada keçirilən görüşlərə də qatılıb. Lakin o, dəvət almasına baxmayaraq, 2023-cü ildə İspaniya və Moldovada, 2024-cü ildə Böyük Britaniyada, 2025-ci ildə isə Danimarkada baş tutan görüşlərdə iştirak etməyib.

Türkiyə liderinin İrəvan sammitində iştirakı ilə bağlı hələlik Ankaradan rəsmi açıqlama verilməyib. Qaydalara əsasən, iclasda yalnız dövlət və hökumət başçıları təmsil oluna bilər. Buna görə də Ərdoğan sammitə qatılmasa, Türkiyə görüşdə təmsil olunmayacaq. Maraqlıdır ki, bu dəvət Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində addımların atıldığı bir dövrə təsadüf edir.

Qeyd edək ki, ASB-nin İrəvan görüşünə 48 ölkənin dövlət və hökumət başçısı dəvət olunub. Sammitdə Aİ-yə üzv olan bütün 27 dövlətin nümayəndələrinin iştirakı gözlənilir. Türkiyə ilə yanaşı, Azərbaycan, Böyük Britaniya, Gürcüstan, Ukrayna, İsveçrə və digər qeyri-üzv ölkələr də tədbirə dəvətlidir. Rusiya və Belarus isə Ukraynadakı müharibə səbəbindən tətbiq edilən sanksiyalara görə builki toplantıya da çağırılmayıb.

Musavat.com



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Prezident müraciət ünvanladı

Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən "Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: Təhlükəsiz yaşayış məskənləri üçün mükəmməllik standartlarının müəyyənləşdirilməsi" mövzusunda 4-cü Beynəlxalq Minatəmizləmə Konfransının iştirakçılarına müraciət ünvanlayıb.

Prezident həmkarını təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi, Vyetnam Sosialist Respublikasının Prezidenti To Lama təbrik məktubu ünvanlayıb.

İlham Əliyev Ərdoğanla görüşdü - FOTO

Azərbaycan Prezidenti İlham Əliyevin sentyabrın 1-də Qırğızıstanın paytaxtı Bişkek şəhərində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub.