Tiktoker Nahid Nəsirov yenidən hakim qarşısına çıxarılıb.
Cia.az xəbər verir ki, bu barədə "unikal.az"a onun vəkili Vasif Mirzəyev məlumat verib.
Vəkilin sözlərinə görə, Nərimanov Rayon Məhkəməsində müvəkkilinin həbs-qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsi ilə bağlı məhkəməyə vəsatət verib.
Məhkəmə müşavirəyə gedib qayıtdıqdan sonra qərarı elan edib. Qərara əsasən, vəsatət təmin edilib və tiktoker ev dustaqlığına buraxılıb. Lakin onun barəsində ibtidai istintaq davam edir.
Xatırladaq ki, tiktokerin həbs müddəti mayın 12-dək uzadılıb.
Qeyd edək ki, ilk olaraq Nərimanov Məhkəməsində tiktoker Nahid Nəsirov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdi. Daha sonra isə Apellyasiya Məhkəməsində keçirilən prosesdə onun barəsində qərar qüvvədə saxlanıb.
Ona qarşı Cinayət Məcəlləsinin 182.3.2-ci (hədə-qorxu yolu ilə külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) və 178.1-ci (Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə) maddələri lə ittiham irəli sürülüb.
Bu maddənin sanksiyasında 10 ildən 15 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
Xəbər verdiyimiz kimi, ötən gün Bakının Xətai rayonunda 2007-ci il təvəllüdlü Yusif Atalay və 14 yaşlı qız dəm qazından zəhərlənib. Kirayə evdə baş verən hadisə zamanı 19 yaşlı Yusif ölüb, yeniyetmə qız isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Paytaxtın Xəzər rayonu ərazisində daşınmaz əmlakın və torpaq sahələrinin sənədləşdirilməsi vədi ilə zərərçəkənin 21 100 manat vəsaiti dələduzluq yolu ilə ələ keçirilib.
Polis əməkdaşlarının aprelin 24-də keçirdikləri əməliyyat tədbirləri ilə axtarışda olduqlarına görə ümumilikdə 153, o cümlədən borclu şəxs qismində axtarışda olan 112 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəbrayıl, Ağdaş, Bakının Qaradağ rayon şöbələrində əməliyyatlar keçirilib.