banner
banner

Təhsİl

I sinfə qəbul prosesi başlayır

I sinfə qəbul prosesi başlayır

Bu gün saat 15:00-dan etibarən 2026-2027-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start verilir.

Cia.az-in xəbərinə görə, qəbul prosesi www.mektebeqebul.edu.az portalı vasitəsilə aparılacaq. Valideynlər eyni tarixdən başlayaraq məktəb və müəllim seçimini həyata keçirə biləcəklər. Seçim mərhələsi iyunun 5-i saat 11:00-dək davam edəcək. Prioritet bölgələr sırasında Abşeron, Bakı, Sumqayıt, Gəncə və Naxçıvan şəhərləri yer alır.

Tədrisi digər dillərdə aparılan bölmələr üzrə isə müsahibəyə qeydiyyat mayın 6-sı saat 11:00-da başlayacaq və mayın 18-i saat 18:00-dək davam edəcək.

Müsabiqə yolu ilə qəbul aparılan məktəblər üçün qeydiyyat mayın 6-sı saat 15:00-dan iyunun 5-i saat 18:00-dək açıq olacaq. Bu kateqoriyaya Bakı Avropa Liseyi, Respublika İncəsənət Gimnaziyası və Bülbül adına orta ixtisas musiqi məktəbi daxildir.

Uşaqların birinci sinfə elektron qəbulu ölkənin bütün şəhər və rayonlarının ümumi təhsil müəssisələrini əhatə edir.

Qeyd edək ki, bu il Azərbaycan bölməsi üzrə 81 minə yaxın uşaq məktəbəhazırlıq qrupundan avtomatik olaraq I sinfə keçirilib.

Birinci sinfə qeydiyyat zamanı uşaqların şəxsiyyət vəsiqəsinin olması mütləqdir.

Uşaqların məktəbə qəbulunda hər bir valideyn üçün əlçatanlığın təmin edilməsi əsas hədəflərdəndir.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycanda bu müəllimlərin dərs saatı azaldılır

Müəllimlərin sertifikatlaşdırma nəticələrinin onların dərs yükünün müəyyənləşdirilməsinə təsiri təhsil ictimaiyyətində müzakirə olunan məsələlərdəndir. Yüksək nəticə göstərən müəllimlərə daha çox dərs saatının verilməsi, aşağı bal toplayanların isə dərs yükünün azaldılması ilə bağlı vahid yanaşmanın olub-olmaması sual doğurur. Xüsusilə dərs saatlarının müəllimlərin aylıq əməkhaqqına birbaşa təsir etməsi məsələnin aktuallığını daha da artırır.

DYP-dən “Son zəng” tədbirləri ilə bağlı MÜRACİƏT

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi qarşıdan gələn “Son zəng” tədbirləri ilə əlaqədar avtomobil icarəsi fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə müraciət edərək onları məsuliyyətli olmağa çağırır.

MİQ üzrə vakant yerlərin SİYAHISI

Naxçıvan Muxtar Respublikası üzrə ümumtəhsil məktəblərində müəllimlərin işə qəbulu müsabiqəsinə aid vakant yerlər açıqlanıb.