banner
banner

Gündəm

Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının binasının tikintisi ilə tanışlıq - Fotolar

Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının binasının tikintisi ilə tanışlıq -

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 9-da 150 çarpayılıq Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının binasının tikintisi ilə tanış olublar.

Cia.az bildirir ki, səhiyyə naziri Teymur Musayev dövlətimizin başçısına və birinci xanıma görülmüş və nəzərdə tutulan işlər barədə məlumat verib.

Qeyd edək ki, bu xəstəxana binasının təməli Prezident İlham Əliyev tərəfindən 2021-ci ildə qoyulub. Ərazisi 5 hektara yaxındır. Xəstəxanada terapiya, cərrahiyyə, pediatriya, doğum, yoluxucu xəstəliklər, anesteziologiya-reanimasiya, hemodializ və digər şöbələr fəaliyyət göstərəcək. Bundan başqa, poliklinika, şüa-diaqnostika, funksional-diaqnostika, fizioterapiya və tibbi bərpa şöbələri, klinik diaqnostika laboratoriyası yaradılacaq. Hazırda əsas bina ilə yanaşı, yoluxucu xəstəliklər, hemodializ və poliklinika korpusları, təcili tibbi yardım stansiyası, həmçinin Cəbrayıl Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin və digər binaların inşası davam etdirilir.

 




Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Quru sərhədlər bu məsələ bitdikdən sonra AÇILACAQ

Pandemiya dövründən etibarən bağlı qalan Azərbaycan–Gürcüstan quru sərhədlərinin nə vaxt açılacağı məsələsi yenidən gündəmə gəlib. Xüsusilə, yay mövsümünün yaxınlaşması və vətəndaşların Gürcüstan üzərindən digər ölkələrə daha rahat səfər etmək istəyi bu mövzuya marağı artırır. Uzun müddətdir tətbiq olunan məhdudiyyətlərin davam etməsi isə cəmiyyətdə müxtəlif suallar doğurur.

SOS: Azərbaycanın bu göstəricisi ŞOK etdi

Azərbaycanda ailə quranların sayının kəskin azalması narahatlıq doğurub. Politoloq Turab Rzayev bu ilin yanvar-fevral aylarındakı statistikaya – ailə quranların sayının əhalinin hər 1000 nəfərinə nisbətdə 3,2-yə düşməsinə diqqət çəkərək, bunu “demoqrafik fəlakət” adlandırıb.