“İlham Əliyev özü də mənimlə birgə kövrəldi” - Şəhid atası
“Prezidentimizlə görüşdə demək istəyib dilə gətirə bilmədiyim bircə o idi ki, Allah bu torpaqlar uğrunda canından keçən bütün şəhidlərimizə rəhmət eləsin. Mən öz oğlumdan ayırmamışam o igidlərin heç birini. Hər biri mənim balamdır”.
Cia.az xəbər verir ki, bu sözləri ötən gün Prezident İlham Əliyevlə görüşü gündəm olan Vətən Müharibəsi şəhidi Samir Sarıyevin atası Əli Sarıyev “Qafqazinfo”ya təəssüratlarını danışarkən deyib:
“Məni kövrəldən o oldu ki, oğlum elə doğma Zəngilanımız, Qarabağımız üçün canından keçdi. İndi o torpaqlarda Prezidentlə görüşürdüm. Elə İlham Əliyev özü də mənimlə birgə kövrəldi. Tapşırıq verdi, ayrıca maraqlandılar, tək qoymadılar, çox sağolsunlar.
Samirin müharibəyə getməyi indiki kimi yadımdadır. Dostları ilə görüşə getmişdi. Gördüm ki, zəng gəldi, çağırıb soruşurdular. Dedi ki, saat 8-ə orada olacağam. Mən getdiyi gün bilmişəm ki, adını könüllü yazdırıb müharibəyə gedir. Tərifləmək istəmirəm amma komandiri, döyüş yoldaşları onun döyüşdəki şücaətindən danışırlar”
Ə. Sarıyev Samir müharibədə olarkən onunla telefon danışıqlarından birini xüsusi vurğulayıb:
“Biz Zəngilandan köçkün düşəndə böyük oğlum hələ təzə-təzə addım atmağa başlayırdı. Samir isə anasının bətnində idi. Bir neçə ay sonra doğulacaqdı. Qismət olmadı oradakı evimizi o heç görməmişdi. Cəbhəyə gedəndə də anası 5 il idi ki, vəfat etmişdi artıq. Amma əsgərliyini görmüşdü.
Müharibədə olanda zəng vurdu ki, ata, Zəngilandakı evimizin yerini istinad verə bilərsən? Buradayam, tapmaq istəyirəm. Təxmini başa saldım.
Amma Zəngilanda döyüşsə də, dedilər ki, evimizi yenə görə bilməyib. İndi o evin açarını almağımın mənim üçün xüsusi mənası var idi.
Zəngilan şəhərinin mərkəzində küçələrin birinə də Samirin adı verilib. Açılışı dünən oldu”.
Şəhid atası sonda onu da bildirib ki, indi böyük oğlu, gəlini və məktəbli nəvəsi Aylinlə Samirin və onun kimi minlərlə şəhidin qanı bahasına qazandığımız Zəngilanda qürurla yaşayacaq.
Prezident İlham Əliyev “Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair 2027-2029-cu illər üzrə Milli Fəaliyyət Planı”nı təsdiq edib.
“Ötən il tarixi Vaşinqton sammitindən sonra Prezident İlham Əliyev bildirib ki, Azərbaycan üçün sülh artıq baş verib. Sonrakı mərhələdə Azərbaycan tərəfindən önəmli addımlar atıldı”.
Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən "Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: Təhlükəsiz yaşayış məskənləri üçün mükəmməllik standartlarının müəyyənləşdirilməsi" mövzusunda 4-cü Beynəlxalq Minatəmizləmə Konfransının iştirakçılarına müraciət ünvanlayıb.
Azərbaycan Prezidenti İlham Əliyev Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi, Vyetnam Sosialist Respublikasının Prezidenti To Lama təbrik məktubu ünvanlayıb.
Azərbaycan Prezidenti İlham Əliyev Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatı sammiti (ŞƏT) çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə ayaqüstü söhbət edib.
Prezident İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının Bişkekdə keçiriləcək sammitində iştirak etmək üçün Qırğızıstana yola düşüb. Dövlət başçısının səfərini işıqlandıracaq Azərbaycan jurnalistləri də artıq Bişkekə gediblər.