banner
banner

Qadın

Qadınlara şad xəbər - Dəridə yaşlanmanı azaldan preparat hazırlandı

Qadınlara şad xəbər - Dəridə yaşlanmanı azaldan preparat hazırlandı

Boston Universitetinin alimləri müəyyən ediblər ki, qocalmış hüceyrələri məhv edən ABT-263 preparatı yaşlı orqanizmlərdə dərinin zədələnmiş nahiyələrinin daha tez sağalmasını sürətləndirə bilər.

Tədqiqatın nəticələri “Aging” jurnalında dərc olunub.

Yaş artdıqca toxumalarda senessent hüceyrələr toplanır. Bu hüceyrələrə çox vaxt “zombi hüceyrələr” deyilir. Onlar artıq öz funksiyalarını yerinə yetirməsələr də, iltihabı gücləndirən və toxumaların bərpasını zəiflədən siqnal molekulları ifraz etməkdə davam edirlər. Alimlər hesab edirlər ki, dərinin yaşlanmasına və yaraların gec sağalmasına səbəb olan amillərdən biri də məhz bu hüceyrələrdir.

Tədqiqatçılar senolitik ABT-263 preparatının bu hüceyrələrin aradan qaldırılmasına kömək edib-etməyəcəyini araşdırıblar. Adi preparatlardan fərqli olaraq, senolitiklər qocalmış hüceyrələri seçici şəkildə məhv edir. Təcrübə zamanı alimlər preparatı beş gün ərzində yaşlı siçanların dərisinə tətbiq ediblər. Bundan sonra heyvanların dərisində kiçik yaralar yaradılıb və onların sağalma sürəti müşahidə olunub.

Müəyyən edilib ki, preparat hüceyrə yaşlanmasının əlamətlərini azaldıb və toxumaların bərpasını sürətləndirib. Preparat tətbiq olunan siçanların 80 faizində yaralar 24-cü günədək tam sağalıb. Nəzarət qrupunda isə bu göstərici cəmi 56 faiz təşkil edib.

Araşdırmanın gözlənilməz nəticələrindən biri ABT-263 preparatının iltihabı müvəqqəti olaraq gücləndirməsi olub. Adətən iltihab prosesləri zərərli hesab edilsə də, bu halda qısamüddətli artımın regenerasiya mexanizmlərinin yenidən aktivləşməsinə kömək etdiyi ehtimal olunur. Heyvanlarda kollagen sintezi, damarların yaranması və toxumaların yenidən formalaşması ilə bağlı genlərin aktivləşdiyi müşahidə edilib.

Müəlliflər qeyd edirlər ki, yaşlanan dəri yalnız nazikləşmir və qırışlarla örtülmür, həm də zədələrə daha zəif reaksiya verir. Bu isə yaşlı insanlarda əməliyyatlardan sonra ağırlaşmaların və xroniki yaraların yaranma riskini artırır.

Preparatın yerli tətbiqi alimlərdə xüsusi maraq doğurur. Senolitiklər daxilə qəbul edildikdə bütün orqanizmə yayıldığı üçün əlavə təsirlər yarada bilər. Dəriyə tətbiq isə preparatın birbaşa problemli nahiyəyə təsir göstərməsinə imkan verir. Bununla yanaşı, gənc siçanlarda demək olar ki, heç bir təsir müşahidə olunmayıb. Preparat yalnız senessent hüceyrələrin toplandığı nahiyələrdə təsir göstərib.

Tədqiqatçılar hesab edirlər ki, gələcəkdə bu cür vasitələr əməliyyatlardan əvvəl və ya yaraların zəif sağalma riski olan pasiyentlərdə istifadə oluna bilər. Bununla belə, tədqiqat hələlik yalnız siçanlar üzərində aparılıb və bu metodun insanlar üçün nə dərəcədə effektiv olduğu gələcək araşdırmalarla müəyyənləşdirilməlidir. (Azərtac)



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Qulaq çöpündən istifadə edənlərə xəbərdarlıq

Gündəlik gigiyena qaydası hesab etdiyimiz vərdiş əslində eşitmə qabiliyyətini tamamilə itirməyə səbəb ola bilər. Mütəxəssislər illərdir doğru bildiyimiz bu metodun təhlükələrini açıqlayıb.

Yuxudan oyanan kimi bunları edin

Mütəxəssislərin fikrincə, canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz.

Sizi utandıran ayaqqabı qoxusundan belə qurtulun – 2 QIZIL ÜSUL

Ayaqqabı qoxusu insanın özünə inamını azaldan və xüsusilə qapalı məkanlarda tez yayılan bir problemə çevrilə bilir. Bu qoxunun əsas səbəbi təkcə tərləmə deyil. Əsas problem tərlə birlikdə yaranan nəm mühitdə sürətlə çoxalan bakteriyalardır. Bu mikroorqanizmlər tərdəki zülalları parçalayaraq pis qoxuya səbəb olan maddələr əmələ gətirir. Hava keçirməyən ayaqqabılar bu prosesi daha da sürətləndirir. Gün boyu ayaqda qalan ayaqqabı bakteriyalar üçün ideal mühit yaradır.

3 BÜRCÜN bəxti açıldı – Göydən pul yağacaq

Buğa, Şir və Oxatan bürcləri üçün qeyri-müəyyənlik dövrü başa çatır, yerini şans və imkanlarla dolu yeni mərhələ alır. Astroloqların fikrincə, bu 3 bürc üçün ilin qalan hissəsi karyera yüksəlişi, maliyyə artımı və sevgi ilə zəngin bir dövr olacaq.