banner
banner

Qadın

Qulaq çöpündən istifadə edənlərə xəbərdarlıq

Qulaq çöpündən istifadə edənlərə xəbərdarlıq
Gündəlik gigiyena qaydası hesab etdiyimiz vərdiş əslində eşitmə qabiliyyətini tamamilə itirməyə səbəb ola bilər. Mütəxəssislər illərdir doğru bildiyimiz bu metodun təhlükələrini açıqlayıb.
 
Tanınmış audioloq Joan Fransesk Horvat qulaqların pambıq çöpləri ilə təmizlənməsinin ağır fəsadlara yol açdığı barədə xəbərdarlıq edib. Həkim qulaq kirinin mütləq şəkildə kənardan müdaxilə ilə təmizlənməsi barədə yayılan fikirlərin yanlış olduğunu bildirib.
 
"Qulaq öz-özünü təmizləmə mexanizminə malikdir. Qulaq kiri xarici kanalda yaranır və çeynəmə, eləcə də danışma kimi təbii hərəkətlər sayəsində öz-özünə xaric olunur", - deyə mütəxəssis vurğulayıb.
 
Horvat əlavə edib ki, pambıq çöpləri qulağı təmizləmək əvəzinə, kiri daha dərininə itələyir. Bu isə tıxacların yaranmasına, infeksiyalara və hətta təbil pərdəsinin zədələnməsinə gətirib çıxarır. Təhlükəsiz alternativ kimi həkim həftədə iki-üç dəfə dəniz suyu tərkibli spreylərdən istifadəni, yaxud xüsusi məhlullarla qulağı yumağı tövsiyə edib.
 
Yəni, qulaqları pambıq çöpləri ilə təmizləmək eşitmə qabiliyyətinə ciddi ziyan vura bilər, çünki qulaq özü-özünü təbii yolla təmizləmək bacarığına malikdir.//Demokrat.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Yuxudan oyanan kimi bunları edin

Mütəxəssislərin fikrincə, canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz.

Sizi utandıran ayaqqabı qoxusundan belə qurtulun – 2 QIZIL ÜSUL

Ayaqqabı qoxusu insanın özünə inamını azaldan və xüsusilə qapalı məkanlarda tez yayılan bir problemə çevrilə bilir. Bu qoxunun əsas səbəbi təkcə tərləmə deyil. Əsas problem tərlə birlikdə yaranan nəm mühitdə sürətlə çoxalan bakteriyalardır. Bu mikroorqanizmlər tərdəki zülalları parçalayaraq pis qoxuya səbəb olan maddələr əmələ gətirir. Hava keçirməyən ayaqqabılar bu prosesi daha da sürətləndirir. Gün boyu ayaqda qalan ayaqqabı bakteriyalar üçün ideal mühit yaradır.

3 BÜRCÜN bəxti açıldı – Göydən pul yağacaq

Buğa, Şir və Oxatan bürcləri üçün qeyri-müəyyənlik dövrü başa çatır, yerini şans və imkanlarla dolu yeni mərhələ alır. Astroloqların fikrincə, bu 3 bürc üçün ilin qalan hissəsi karyera yüksəlişi, maliyyə artımı və sevgi ilə zəngin bir dövr olacaq.