banner
banner

İdman

Messi ilə bağlı pis XƏBƏR

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

Cia.az xəbər verir ki, "Filadelfiya"ya qarşı baş tutan və "İnter Mayami"nin 6:4 hesablı qələbəsi ilə yekunlaşan qarşılaşmada argentinalı hücumçu iki məhsuldar ötürmə ilə yadda qalıb.

Lakin matçın 73-cü dəqiqəsində Messi sol ayağından zədə alaraq oyunu davam etdirə bilməyib. Futbolçu meydanı tərk edərək paltardəyişmə otağına yollanıb. Onun əvəzinə meydana Mateo Silvetti daxil olub.

Klub rəhbərliyi Lionel Messinin durumuyla bağlı hələlik rəsmi açıqlama yaymayıb. Ulduz futbolçunun yaşıl meydanlara nə vaxt qayıdacağı isə hələlik məlum deyil.

Qeyd edək ki, Lionel Messi bir müddət əvvəl qarşıdan gələn dünya çempionatı üçün Argentina national football teamnin genişləndirilmiş heyətinə daxil edilmişdi. Argentina millisi qrup mərhələsində Avstriya, Əlcəzair və İordaniya yığmaları ilə qarşılaşacaq./milli.az/



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.