Argentina millisinin kapitanı və ulduz hücumçusu Lionel Messi yığmanın qarşıdakı yoxlama oyunlarından birini buraxacaq.
Təcrübəli futbolçu səhhətində yaranan kiçik narahatlıq səbəbindən Honduras millisinə qarşı keçiriləcək hazırlıq matçında komandasına kömək edə bilməyəcək.
Bildirilir ki, iyunun 7-nə planlaşdırılan görüşdə Messinin meydana çıxması gözlənilmir. Bununla belə, onun vəziyyətinin ciddi olmadığı və bərpa prosesinin uğurla davam etdiyi qeyd olunur.
Azarkeşlər üçün sevindirici məqam isə ulduz futbolçunun dünya çempionatındakı ilk oyuna hazır olacağı ilə bağlıdır. Məlumata əsasən, Messi iyunun 17-də Əlcəzair millisinə qarşı keçiriləcək qarşılaşmada iştirak edə biləcək.
Qeyd edək ki, Argentina yığmasının düşərgəsinə qoşulan Lionel Messi artıq komanda ilə məşqlərə başlayıb və mundiala hazırlığını davam etdirir.\Milli.Az
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.
İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.