banner
banner

İdman

Futbolçu oyun zamanı ÖLDÜ

Futbolçu oyun zamanı ÖLDÜ

İngiltərədə keçirilən futbol qarşılaşması faciə ilə nəticələnib.

Xarici KİV-in məlumatına görə, hadisə qadın komandaları arasında təşkil olunan oyunda "Oxford Yunayted" və "Fulham" kollektivləri arasında keçirilən matç zamanı baş verib.

Bildirilib ki, "Oksford Yunayted"in 15 yaşlı futbolçusu Ameliya Aplin oyun zamanı qəfil özünü pis hiss edərək meydanda huşunu itirib. Hadisədən dərhal sonra ona tibbi müdaxilə göstərilsə də, həkimlər gənc idmançının həyatını xilas edə bilməyiblər.

Klubun mətbuat xidməti yaydığı açıqlamada baş verən hadisənin bütün komanda üçün böyük sarsıntı olduğunu bildirib. Qeyd olunub ki, klub rəhbərliyi bu ağır günlərdə Ameliyanın ailəsinə, həmçinin komanda yoldaşlarına və məşqçi heyətinə psixoloji və digər lazımi dəstəyi göstərəcək.

Gənc futbolçunun vəfatı idman ictimaiyyətində dərin kədər doğurub./milli.az/



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.