banner
banner

Təhsİl

Müəllimlərlə bağlı şok qərar VERİLDİ

Müəllimlərlə bağlı şok qərar VERİLDİ

Bakı şəhərindəki bütün ümumtəhsil məktəblərinin saytlarından müəllimlərin şəkilləri çıxarılıb.

Bununla bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məktəblərə göstəriş verilib.

Məlum olub ki, müəllimlərin şəkillərinin məktəb saytlarından çıxarılmasına təhsil işçilərinin nüfuzunu aşağılamağa yönəlmiş addımlar səbəb olub.

Belə ki, bu yaxınlarda Bakıdakı 145, 86 və 17 nömrəli məktəblərin müəllimlərinin şəkillərini saytlardan götürən naməlum şəxslər onların üzərində qeyri-etik məzmunlu dəyişikliklər edərək sosial şəbəkələrdə paylaşıb və lağ obyektinə çeviriblər. Müəllim nüfuzuna ciddi zərbə vuran qanunsuz əməllərin kimlər tərəfindən edildiyi hazırda araşdırılır.

Beləliklə, son hadisələr məktəbləri öz müəllimlərinin şəkillərini gizlətməyə məcbur edib. Hazırda Bakıdakı heç bir məktəbin saytında nə direktor və müavinlərin, nə də pedaqoji heyət üzvü olan müəllimlərin şəkilləri qalır. Bəzi təhsil ocaqlarının saytında hətta müəllimlərin şəkillərilə yanaşı, onların ad-soyadlarını belə silməyə məcbur qalıblar.

Bəzi iddialara görə, sosial şəbəkələrdə müəllimlərin şəkilllərilə bağlı qarşı qeyri-etik hərəkətlər edənlər arasında yuxarı sinif şagirdləri də var.

Təhsil eksperti Elmin Nuri bildirib ki, müəllimlərlə bağlı təhqiredici materialların sosial şəbəkələrdə yayılması bir neçə şəxsin məsuliyyətsiz davranışından daha böyük problemin göstəricisidir. Burada söhbət müəllim nüfuzuna, insan ləyaqətinə və cəmiyyətin mənəvi dəyərlərinə münasibətdən gedir.

“Müəllim cəmiyyətin ən həssas və ən vacib peşə sahiblərindən biridir. Həkim insanın bədənini müalicə edirsə, müəllim onun düşüncəsini formalaşdırır. Bir xalqın gələcəyi sinif otaqlarında qurulursa, həmin otaqların mərkəzində müəllim dayanır. Belə bir peşə sahibini məsxərəyə çevirmək, onun şəxsiyyətini alçaltmaq və bunu əyləncə kimi təqdim etmək sadəcə tərbiyəsizlik deyil, bu, mənəvi iflasın göstəricisidir”.

Təhsil müətəxəssisləri deyirlər ki, müəllimini sosial şəbəkələrdə alçaltmağa cəhd edən bir yeniyetmə sabah iş yerində rəhbərinə, küçədə yaşlı insana, ailədə valideyninə də eyni münasibəti göstərə bilər. Hörmətsizlik yoluxucu xəstəlik kimidir; qarşısı vaxtında alınmasa, bütün cəmiyyətə yayılır.

Bu, cəmiyyət üçün təhlükəli siqnaldır (modern.az).



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycanda bu müəllimlərin dərs saatı azaldılır

Müəllimlərin sertifikatlaşdırma nəticələrinin onların dərs yükünün müəyyənləşdirilməsinə təsiri təhsil ictimaiyyətində müzakirə olunan məsələlərdəndir. Yüksək nəticə göstərən müəllimlərə daha çox dərs saatının verilməsi, aşağı bal toplayanların isə dərs yükünün azaldılması ilə bağlı vahid yanaşmanın olub-olmaması sual doğurur. Xüsusilə dərs saatlarının müəllimlərin aylıq əməkhaqqına birbaşa təsir etməsi məsələnin aktuallığını daha da artırır.

DYP-dən “Son zəng” tədbirləri ilə bağlı MÜRACİƏT

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi qarşıdan gələn “Son zəng” tədbirləri ilə əlaqədar avtomobil icarəsi fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə müraciət edərək onları məsuliyyətli olmağa çağırır.

MİQ üzrə vakant yerlərin SİYAHISI

Naxçıvan Muxtar Respublikası üzrə ümumtəhsil məktəblərində müəllimlərin işə qəbulu müsabiqəsinə aid vakant yerlər açıqlanıb.