banner
banner

Gündəm

Yanğında ölənlər İstanbulda anıldı- FOTO+VİDEO

Yanğında ölənlər İstanbulda anıldı-

Ötən axşam Türkiyənin İstanbul şəhərindəki Azərbaycan baş konsulluğunun qarşısında Bakıda yaşayış binasında baş vermiş faciəli yanğın hadisəsində həlak olanların xatirəsini anmaq uçun aksiya keçirilib. 
Aksiya iştirakçıları sosial şəbəkələr vasitəsi ilə xəbərləşərək toplaşmağa qərar veriblər. Anım mərasiminə Türkiyədə yaşayan azərbaycanlılar, iş adamları, tələbələr ve türkiyəli türklər qatılıblar. 

Aksiyaya qatılanlar arasında Turkiyənin iş adamları, ziyaliları və məhşur sənətçiləri də vardı. Yanğın nəticəsində həlak olanların xatirəsini yad edənlər konsulluğun qarşısına gül dəstələri, vəfat edən körpələrin şəkillərini və kiçik uşaq oyuncaqları qoyublar.

Aksiyada öz uşaqları ilə iştirak edən yerlilər şamlar yandıraraq kədərli olduqlarını və Azərbaycanın acısını paylaşdıqlarını bildiriblər. 

Qeyd edək ki, hadisənin baş verdiyi gündən bəri Tükiyənin həm hökumət nümayəndələri, həm də məşhur sənətçiləri sosial şəbəkə ve TV vasitəsilə Azərbaycana baş sağlığı verib. 

“Sizin acınız bizim acımız, sizin kədəriniz bizim kədərimizdir. Vəfat eden 15 nəfərin yasını biz də tuturuq” – kimi açıqlqamalarda dəstək nümayiş etdiriblər. 

Anım mərasimi gecə gec saatlara qədər davam edib. 







Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.