banner
banner

Sİyasət

Üç qardaş ölkə bu ittifaqda birləşir

Üç qardaş ölkə bu ittifaqda birləşir

Azərbaycan, Türkiyə və Qazaxıstan Xəzər dənizi üzərindən yükdaşımaların inkişafı məqsədilə əməkdaşlıq memorandumu imzalamağa hazırlaşır.

Cia.az xəbər verir ki, bu barədə Beynəlxalq Daşıyıcılar Assosiasiyasının (UND) baş icraçı direktoru Alper Özəl jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, UND hazırda Türkiyənin iri logistika və liman operatorlarından olan "Albayrak Qrup", "Qazaxıstan Dəmir Yolları" və "AZCON Holdinq" ilə qarşılıqlı anlaşma memorandumu üzərində işləyir. Sənəd imzalandıqdan sonra tərəflər Xəzər dənizi üzərindən daşımalarla bağlı məsələləri müzakirə edəcəklər.

Alper Özəl bildirib ki, Xəzərdə gəmi potensialının artırılması Orta Dəhlizin inkişafı baxımından həlledici əhəmiyyət daşıyır. Onun sözlərinə görə, Azərbaycan və Türkiyə layihənin həyata keçirilməsində Avropa ilə Mərkəzi Asiya arasında əsas körpü rolunu oynayacaq.

UND rəhbəri qeyd edib ki, Türkiyə Avropa İttifaqına çıxış üçün mühüm qapı hesab olunur, Azərbaycan isə Xəzər regionunun logistika mərkəzi kimi xüsusi əhəmiyyətə malikdir.

Hazırda yük axınının əsas hissəsi Bakı Beynəlxalq Dəniz Ticarət Limanı vasitəsilə həyata keçirilir. Ələt limanında yüklər birləşdirilir və daha sonra müxtəlif istiqamətlər üzrə paylanır.

Yeni əməkdaşlığın Orta Dəhliz boyunca yükdaşımaların həcmini artıracağı və Avropa ilə Mərkəzi Asiya arasında ticarət əlaqələrinin daha da genişlənməsinə töhfə verəcəyi gözlənilir.

Musavat.com



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Prezident müraciət ünvanladı

Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən "Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: Təhlükəsiz yaşayış məskənləri üçün mükəmməllik standartlarının müəyyənləşdirilməsi" mövzusunda 4-cü Beynəlxalq Minatəmizləmə Konfransının iştirakçılarına müraciət ünvanlayıb.

Prezident həmkarını təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi, Vyetnam Sosialist Respublikasının Prezidenti To Lama təbrik məktubu ünvanlayıb.

İlham Əliyev Ərdoğanla görüşdü - FOTO

Azərbaycan Prezidenti İlham Əliyevin sentyabrın 1-də Qırğızıstanın paytaxtı Bişkek şəhərində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub.