Yanan binanın təmirinə başlanıldı - 5 milyon ayrılıb
Modern.az saytı paytaxtın Binəqədi rayonundakı 16 mərtəbəli yaşayış binasında baş vermiş yanğından sonra imkanlı şəxslər və ya şirkət rəhbərlərinin sakinlərə yardım üçün müraciət edib-etmədiklərilə maraqlanıb.
Cia.az xəbər verir ki, sayt bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovdan münasibət öyrənib.
Mer bildirib ki, belə yardımlara ehtiyac yoxdur: “Ona görə ki, bu işlərin hamısına dövlət tərəfindən vəsait ayılıb. Sözsüz ki, belə təkliflər gəlir. Amma biz onlara minnətdarlığımızı bildirib demişik ki, dövlət bütün bu işlər üçün nəzərdə tutulan vəsaiti özü ayırıb və ayıracaq. Dövlət vəfat edən və yaralı insanlara, əmlakını itirən sakinlərin hamısına birdəfəlik maddi yardım verib. Ümumilikdə həm yardımlar, həm də təmir-bərpa işləri üçün ilkin olaraq 5 milyon manat pul ayrılıb. Əgər bu vəsait çatmasa, yenidən ayrılması nəzərdə tutulub. Hələlik biz bu insanların ilkin maddi yardımını verməliyik. Əlimizdən gələni edəcəyik ki, oradan köçən əhali narahat qalmasın”. Hacıbala Abutalıbov bu gün yanmış binanın dayanıqlılığının yoxlanıldığını da deyib:
“Bina dayanıqlıdır və iki saat bundan öncə Bakı Şəhər İcra Hakimiyyəti binanın təmirinə başladı. Təmir-bərpa işləri 24 saat boyunca davam edəcək. Biz çalışacağıq ki, tez bir zamanda və yüksək səviyyədə binanın təmiri başa çatsın. Ayrılan vəsait binanın və mənzillərin təmirinə aiddir, mənzillərə mebellərin quraşdırılmasına yox”.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.
Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) tərəfindən son günlərdə Dövlət Yol Polisinin adından vətəndaşlara qarşı həyata keçirilən fişinq hücumlarının artdığı müşahidə olunur.
“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.
Abşeronun şimal-şərqində yerləşən yaşayış məntəqələrini Bakı-Quba və Bakı-Şamaxı-Yevlax magistralları ilə birləşdirəcək Pirşağı-Novxanı-Xırdalan-M4 avtomobil yolu inşa olunur.