banner
banner

Maraqlı

50 yaşdan yuxarı olanlara ŞOK XƏBƏRDARLIQ

50 yaşdan yuxarı olanlara ŞOK XƏBƏRDARLIQ

Təxminən 350 min avstraliyalı 50 yaşına çatarkən poçt qutusunda digər məktublardan fərqli bir məktubla qarşılaşacaq.

Cia.az bildirir ki, Avstraliya hökuməti 1 iyul 2025-ci ildən 30 iyun 2026-cı ilədək 50 yaşına çatan şəxslərə demensiya riskini azaltmağa yönəlmiş tövsiyələrin yer aldığı məktublar göndərməyə başlayıb.

Demensiya üzrə mütəxəssislərin rəyləri nəzərə alınaraq hazırlanan məktublarda gündəlik həyatda dəyişdirilə biləcək vərdişlərə xüsusi diqqət yetirilir. Tövsiyələrin əsasında alkoqol qəbulunun azaldılması, sağlam qidalanma və siqaretdən imtina dayanır. Bununla yanaşı, ürək-damar xəstəlikləri və diabet riskinin nəzarətdə saxlanılması, beyin sağlamlığının qorunması və zehni fəaliyyətin aktiv tutulması tövsiyə edilir.

Məktubu alan şəxslər həmçinin pulsuz fərdi demensiya riskinin qiymətləndirilməsindən yararlana biləcəklər.

Kampaniyanın əsas məqsədi demensiya riskinin qarşısını almaq və ya onu azaltmaq üçün tədbirlərə daha erkən yaşlarda başlamağın vacibliyinə diqqət çəkməkdir.

Hazırda Avstraliyada təxminən 460 min insan demensiya ilə yaşayır. Əhalinin yaşlanması fonunda bu rəqəmin 2065-ci ilə qədər 1,1 milyona çatacağı proqnozlaşdırılır.

Mütəxəssislər mühüm bir məqama diqqət çəkirlər: araşdırmalar demensiya hallarının təxminən yarısının məlum və dəyişdirilə bilən risk faktorlarına vaxtında müdaxilə etməklə gecikdirilə və ya qarşısı alına bilinəcəyini göstərir.

Onların fikrincə, beyin sağlamlığını qorumaq yalnız siqareti tərgitmək və sağlam qidalanmaqla məhdudlaşmır. Eşitmə və görmə problemlərinin müalicəsi, depressiyanın vaxtında aradan qaldırılması və sosial əlaqələrin qorunması da demensiya riskinə təsir edə bilən amillər sırasında göstərilir.

Musavat.com



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Turistlərin tapması üçün bu ərazidə 40 min manatlıq qızıl gizlətdilər

Finlandiyada turistləri bölgəyə cəlb etmək üçün qeyri-adi layihəyə start verilib. Ölkənin şimalındakı Laplandiya bölgəsində yerləşən Levi kurortunun ərazisində dəyəri təxminən 23 min dollar (təxminən 1 milyon 57 min manat) olan qızıl külçə gizlədilib. Onu tapan şəxs qızılın sahibi olacaq.

Pendir əhvalı yaxşılaşdırır

Pendir təkcə qida dəyərinə görə deyil, əhvala müsbət təsiri ilə də faydalı məhsul hesab olunur. Cia.az xəbər verir ki, dietoloqlar pendirin tərkibindəki zülalın orqanizm tərəfindən yaxşı mənimsənildiyini bildiriblər