Turistlərin tapması üçün bu ərazidə 40 min manatlıq qızıl gizlətdilər
Finlandiyada turistləri bölgəyə cəlb etmək üçün qeyri-adi layihəyə start verilib. Ölkənin şimalındakı Laplandiya bölgəsində yerləşən Levi kurortunun ərazisində dəyəri təxminən 23 min dollar (təxminən 1 milyon 57 min manat) olan qızıl külçə gizlədilib. Onu tapan şəxs qızılın sahibi olacaq.
Cia.az xəbər verir ki, layihə Finlandiyanın Kittilä şəhərində fəaliyyət göstərən mədən şirkəti Agnico Eagle Finland və Levi xizək kurortunun əməkdaşlığı ilə həyata keçirilir. Təşkilatçılar yay mövsümündə turist axınını artırmaq üçün qızıl axtarışı müsabiqəsi təşkil ediblər.
Məlumata görə, qızıl külçənin dəqiq yeri açıqlanmır. Yay boyunca iştirakçılara müxtəlif ipucları veriləcək və hər yeni məlumatla qızılın yerləşdiyi məkan daha da dəqiqləşəcək. Son ipucunun avqustun 22-də açıqlanması planlaşdırılır.
Təşkilatçılar iştirakçılara xəbərdarlıq ediblər ki, qızılı tapmaq üçün qazıntı aparmaq və ya təbiətə zərər vermək lazım olmayacaq. Axtarış yalnız müəyyən edilmiş ərazilərdə aparılmalı və ətraf mühit qorunmalıdır.
Levi əsasən qış turizmi və xizək mərkəzi kimi tanınır. Lakin bölgə yay aylarında da turistlərin diqqətini çəkməyə çalışır. Bu dövrdə Laplandiyada “gecəyarısı günəşi” müşahidə olunur və günəş sutka boyu demək olar ki, batmır. Bölgədə rafting, paraşütlə uçuş, dağ velosipedi və yürüş marşrutları da turistlərə təqdim edilir.
Levi turizm təşkilatının rəhbəri Satu Pesonen bildirib ki, məqsəd insanların yalnız qışda deyil, yayda da bölgəni kəşf etməsinə şərait yaratmaqdır. Qızıl axtarışı da bunun üçün hazırlanmış xüsusi layihələrdən biridir.
İki əsrdən çox əvvəl azərbaycanlı diplomat Avropanın ən nüfuzlu gizli təşkilatlarından birinə qəbul edilib. Musavat.com xəbər verir ki, bu barədə "Milli Kimlik" tarixi mənbələrə istinadla məlumat yayıb.
Avropa sakinləri son onilliklərin ən möhtəşəm astronomik hadisələrindən birinə hazırlaşırlar. Artıq bu ilin yayında - 12 avqust 2026-cı il tarixində son 27 ildə ilk dəfə tam günəş tutulmasını izləmək mümkün olacaq.
İyun ayı ulduzların bizə qarşı xüsusilə comərd olduğu bir dövrdür. Astrolojik proqnozlara görə, bu ay elə günlər var ki, uğur sanki öz ayağı ilə gəlir. Həyatınızda yenilik etmək və ya yeni layihəyə başlamaq istəyirsinizsə, mütləq bu tarixləri seçməlisiniz.
Pendir təkcə qida dəyərinə görə deyil, əhvala müsbət təsiri ilə də faydalı məhsul hesab olunur.
Cia.az xəbər verir ki, dietoloqlar pendirin tərkibindəki zülalın orqanizm tərəfindən yaxşı mənimsənildiyini bildiriblər