banner
banner

Gündəm

Xaləddin İsgəndərov yanan binanın qarşısına 15 minlik telefonla gəldi - Foto fakt

Xaləddin İsgəndərov yanan binanın qarşısına

Binəqədi İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun yanğın yerində danışdığı mobil telefonun qiyməti dodaq uçuqlatdı. Foto mayın 20-də Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanında çəkilib. 
Həmin vaxt yanan binanın qarşısında olan Binəqədi icra başçısı Xaləddin İsgəndərov bir əli ilə göstəriş verir, digər əlində isə telefon tutub, kimləsə danışır. İcra başçısının əlində tutduğu telefon “Vertu Signature Pure Black” markalı telefondur. Kiçik bir araşdırma aparıb müəyyən etdik ki, bu telefonu icra başçısı maaşı ilə alına bilməsi mümkün deyil. Belə ki, icra başçısının maaşı 937 manat, telefonun qiyməti isə 15 min avrodur. Necə ola bilir ki, 937 manat maaş alan icra başçısı bir telefona 15 min avro pul verə bilir? Belə çıxır ki, Binəqədinin icra başçısı Xaləddin İsgəndərov böyük hökmə sahibdir. Ola bilər. Amma bu hökmü, zamanını xərcləyib ən bahalı telefon almaq yerinə, öz vəzifəsinin öhdəsindən gəlsəydi daha yaxşı olmazdımı? 
Bu telefon dövlətin icra başçısına verdiyi maaşla alınmayıb. 

Xaləddin İsgəndərov yanan binanın qarşısına 15 minlik telefonla gəldi - Foto fakt

Bu qədər bahalı telefonun alınmasında 15 nəfərin ölümünə bais olan ucuz və gözdən pərdə asmaq naminə penoplastın qazancının rolu yoxdur? Ola bilər ki, icra başçısının əlavə gəlir yeri var. Amma hər halda insanların acı yaşadığı gün ora 15 min avroluq telefonla gəlməmək də olardı. Ən azından bu addımı atmaq elədə çətin olmazdı.

Xaləddin İsgəndərov yanan binanın qarşısına 15 minlik telefonla gəldi - Foto fakt

(etatist.com)



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.