I Avropa Oyunları öncəsi nəqliyyat vasitələrinin rahat və maneəsiz hərəkətini təmin etmək məqsədilə Bakı-Quba-Rusiya sərhədi avtomobil yolunun 11-ci kilometrliyində yerləşən avtomobil tunelində də yenidənqurma işlərinin həyata keçirilməsi planlaşdırılır. Cia.az-ın “Azəryolservis” ASC-yə istinadən məlumatına görə, Xırdalan dairəsindəki avtomobil tunelinin yalnız Sumqayıt şəhəri istiqamətində olan hissəsi təmir işləri ilə əlaqədar şənbə günündən bazar gününə keçən gecə nəqliyyatın hərəkəti üçün qısa müddətlik bağlanacaq.
Burda hərəkətin intensivliyi nəzərə alınaraq təmir işləri ancaq bazar günü həyata keçiriləcək və tunelin bu hissəsi bazar ertəsi günü səhərin erkən saatlarında nəqliyyat vasitələri üçün tam açılacaq.
Təmir işləri zamanı tunelin asfalt-beton örtüyünün yenilənməsi nəzərdə tutulub. Sumqayıt şəhəri istiqamətində hərəkət edən nəqliyyat vasitələri Xırdalan dairəsinin yan yolundan istifadə etməklə hərəkətlərinə davam edə bilərlər. Tunelin digər hərəkət hissəsinin təmiri işləri isə növbəti istirahət günü həyata keçiriləcək.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.