banner
banner

Sosİal

65 yaşadək şəxslərə şans: 1350 manat veriləcək

65 yaşadək şəxslərə şans: 1350 manat veriləcək
Bakıda avtobus sürücüsü vakansiyası elan edilib. Namizədlərə 1350 manat (gross) maaş, növbəli iş rejimi və əlavə güzəştlər təklif olunur.

Cia.az xəbər verir ki, bu barədə "Baku Bus" MMC-dən məlumat verilib.

Vakansiya üzrə namizədlərdən 65 yaşadək olmaq, D kateqoriyalı sürücülük vəsiqəsinə malik olmaq və həqiqi hərbi xidmət keçmək tələb edilir. Avtobus idarə etmək üzrə iş təcrübəsi olan namizədlərə üstünlük veriləcək.

İşə qəbul edilən şəxslər avtobusu müəyyən edilmiş marşrut və hərəkət cədvəlinə uyğun idarə etməli, sərnişinlərin təhlükəsiz və rahat daşınmasını təmin etməlidirlər. Həmçinin yol hərəkəti qaydalarına, əməyin mühafizəsi və texniki təhlükəsizlik tələblərinə riayət etmək, avtobusun texniki vəziyyətinə nəzarət etmək və fövqəladə hallarda müəyyən edilmiş qaydalara uyğun hərəkət etmək əsas vəzifələr sırasındadır.

İş yeri Bakı şəhəridir, iş rejimi isə növbəlidir. Əmək haqqı 1350 manat (gross) təşkil edir. Bundan əlavə, müəssisədəki iş stajına uyğun olaraq maaşa əlavələr, geyim forması və servis xidməti nəzərdə tutulub.

Əməkdaşlara Bilgəh Sağlamlıq Mərkəzində və əməkdaşlıq edilən sanatoriyalarda güzəştli istirahət imkanı, eləcə də psixoloji dəstək xidməti təklif olunur.

Vakansiyaya müraciət etmək istəyənlər hr.metro.gov.az portalında qeydiyyatdan keçərək müvafiq vakansiya linki vasitəsilə müraciətlərini tamamlaya bilərlər.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Saat 23:00-dan dəyişir: Qərar verildi

Bakıda təmir işləri ilə əlaqədar Binəqədi şosesinin bir hissəsində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. Bu səbəbdən 8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil olunacaq.

Bunu etsəniz, işıq pulu 70-8- faiz azalacaq

“Mənzildə LED lampalara və lazımi nöqtələrdə hərəkət sensorlarına keçid ailənin aylıq kommunal büdcəsini optimallaşdırmaq üçün ən sadə, təhlükəsiz və qısa müddətdə özünü doğruldan "yaşıl iqtisadiyyat"a uyğun addımdır”.

DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə oktyabrın 15-də paytaxtın Yasamal və Xəzər rayonlarında, həmçinin Biləcəri qəsəbəsində elektrik təsərrüfatında təmir və yenidənqurma işləri aparılacaq.

Bu tarixlər ilə bağlı ƏHALİYƏ XƏBƏRDARLIQ

Yağışlı və dumanlı hava həftəsonu yollarda təhlükəli vəziyyət yarada bilər. Sürücülərə sürət həddinə, ara məsafəsinə və manevr qaydalarına xüsusi diqqət yetirmək tövsiyə olunur.