banner
banner

Sosİal

DYP-dən evi yananlara - XƏBƏR

DYP-dən evi yananlara -

Bakıda Binəqədi rayonunda yanğın baş verən binanın sakinlərinin sürücülük vəsiqələri və istifadədə olan nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnamələri yararsız vəziyyətə düşübsə, onlar qısa müddət ərzində pulsuz bərpa ediləcək.
Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev məlumat verib. O bildirib ki, bununla bağlı Daxili İşlər Nazirliyinin rəhbərliyi Baş Dövlət Yol Polisi İdarəsinin rəhbərliyinə müvafiq göstəriş verib: 

“Binanın sakinlərindən xahiş edirik ki, müvafiq sənədləri bərpa etmək istəyənlər Baş Dövlət Yol Polisi İdarəsinə gəlsinlər”.

Əlaqə saxlamaq istəyənlər hər gün səhər 9:00-dan axşam saat 18:00-a kimi (012)5908105, (012)5908107 nömrələrinə zəng edə bilərlər. 

Qeyd edək ki, Binəqədi rayonunda baş verən dəhşətli yanğında 15- nəfər vəfat edib, onlarla insan isə yaralanıb.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.