banner
banner

Mədənİyyət

Əməkdar artist dövlətdən yardım istədi

Əməkdar artist dövlətdən yardım istədi

Əməkdar artist Firuzə İbadova səhhəti ilə bağlı açıqlama yayıb.

Müğənni bu çətin günlərdə ona dəstək olan hər kəsə təşəkkür edib. O, ünvanına göndərilən xoş sözlərin, səmimi mesajların və edilən duaların ona mənəvi güc verdiyini bildirib:

“Sizin sevginizlə illərdir sənətimi yaşatmışam, sizin alqışlarınızla səhnələrə çıxmışam. Bu gün də qəlbim sizinlədir. Mənə göstərdiyiniz diqqətə, qayğıya və dualarınıza görə hər birinizə sonsuz təşəkkür edirəm.

Bu çətin günlərdə xalqımın sevgisi ilə yanaşı, dövlətimin qayğısına və dəstəyinə də böyük ehtiyacım var. İllərimi sənətimə, xalqıma həsr etmiş bir sənətkar kimi, bu gün dövlətimin diqqətini və qayğısını yanımda hiss etmək mənim üçün çox dəyərlidir.

Məni yaşadan sizin dualarınız, qəlbimə güc verən sizin sevginizdir! Allah hər birinizi qorusun, dualarınızı qəbul etsin. İnşallah, gözəl günlərdə yenidən görüşərik!”.

Qeyd edək ki, F.İbadova 2 ay əvvəl əməliyyat olunduğunu, orqanizmindən 5 şiş çıxarıldığını açıqlayıb./NOCOMMENT.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Ramiz Yunusa professor adı verildi

Xəzər Universitetinin Siyasi Elmlər departamentinin professoru Ramiz Yunus Azərbaycan Dillər Universitetinin (ADU) professoru elmi adına layiq görülüb.

Verilişi Zaur yox, xanəndə aparacaq

Xəbər verdiyimiz kimi, aparıcı Zaur Kamalın bir neçə gün əvvəl efirə qayıdacağı barədə məlumat yayılmış, daha sonra isə bunun yanlış olduğu açıqlanmışdı.