Ruhiyyə Əliyevadan yeni layihə: “Nəsillərin divanı” gəlir
İş qadını Ruhiyyə Əliyeva sosial şəbəkədə yeni layihəsi ilə bağlı paylaşım edib.
Cia.az xəbər verir ki, o, “Nəsillərin divanı” adlı layihəyə start verdiklərini açıqlayıb.
R. Əliyeva bildirib ki, layihənin əsas məqsədi milli-mənəvi dəyərləri qorumaqla yanaşı, onları müasir düşüncə müstəvisində yenidən dərk etmək və gələcək nəsillərə ötürməkdir.
Onun sözlərinə görə, fərqli baxışların toqquşacağı, fikirlərin müzakirə ediləcəyi platformada nəsillər arasında körpü yaratmaq, ortaq dəyərləri daha dərindən anlamaq hədəflənir.
“Çünki dəyərlərimizi yaşadan yalnız ənənələr deyil, onları anlayan, sorğulayan və gələcəyə daşıyan düşünən nəsillərdir”, – deyə Əliyeva vurğulayıb.
Xəbər verdiyimiz kimi, aparıcı Zaur Kamalın bir neçə gün əvvəl efirə qayıdacağı barədə məlumat yayılmış, daha sonra isə bunun yanlış olduğu açıqlanmışdı.