Fazil Alməmmədov “Leyla Medical Center”ə rəhbər təyin olundu
Nərimanov Tibb Mərkəzinin sabiq direktoru Fazil Alməmmədov yeni vəzifəyə təyin olunub.
Fazil Alməmmədov “Leyla Medical Center”in direktoru vəzifəsində çalışır.
Bundan əvvəl Fazil Alməmmədov Oğuz Rayon Mərkəzi Xəstəxanasının baş həkimi, daha sonra isə Nərimanov Tibb Mərkəzinin direktoru olub.
Qeyd edək ki, O, 22 aprel 2026-cı ildə TƏBİB rəhbərliyinin qərarı ilə tutduğu vəzifədən uzaqlaşdırılıb. Həmin qərarla Bakı Şəhər Baş Səhiyyə İdarəsinin rəisi Elçin Əmirov da vəzifəsindən azad edilib./Modern.az/
Azərbaycanda avtomobil idarə edən sürücülərin böyük əksəriyyəti əsas yol hərəkəti qaydalarını — sürət həddini aşmamağı, qırmızı işıqda keçməməyi və təhlükəsizlik kəmərini bağlamağı yaxşı bilir. Lakin elə situasiyalar var ki, sürücülər adət etdikləri vərdişlərin və ya kiçik ehtiyatsızlıqların cərimə ilə nəticələndiyindən xəbərsiz olurlar. Yol hərəkəti haqqında qanunvericilikdə nəzərdə tutulmuş bu xırda detal kimi görünən qaydalar, əslində həm büdcənizə, həm də sürücülük balınıza ciddi təsir göstərə bilər.
Fövqəladə Hallar Nazirliyi (FHN) yaxın günlərdə gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar vətəndaşları sel və daşqın təhlükəsinə qarşı ehtiyatlı olmağa çağırıb.
Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, məhkum olunmuş şəxslərin cəza çəkməkdən azad edilməsi və ya cəzasının yüngülləşdirilməsi iki əsas hüquqi institut – əfv və amnistiya vasitəsilə həyata keçirilir.
Hazırda respublika ərazisində müşahidə olunan dumanlı hava şəraiti ilə əlaqədar Abşeron yarımadası da daxil olmaqla bir sıra bölgələrdə görünüş məsafəsi məhdudlaşıb.
Milli Məclisin bu gün keçirilən plenar iclasında "Elektron ticarət haqqında" qanunda dəyişiklik edilməsi haqqında qanun layihəsi I oxunuşda qəbul edilib.