Azərbaycan Prezidenti İlham Əliyev bu gün Şuşa Peşə Təhsili Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edib.
Cia.az xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev dövlət başçısına yaradılmış şərait barədə məlumat verib.
Bildirilib ki, nazirliyin sifarişi ilə Şuşa Peşə Təhsili Mərkəzində əsaslı təmir işlərinə 2025-ci ilin mart ayında başlanılıb.
İkimərtəbəli, 360 yerlik tədris binasında 9 emalatxana, 3 təlimat sahəsi, musiqi alətlərinin hazırlanması və bərpası emalatxanası, 5 tədris otağı, rəsm otağı, fizika və kimya laboratoriyaları, laborant, informatika və hərbi təlim otaqları, həmçinin yeməkxana var.
Şuşa Peşə Təhsili Mərkəzinin beşmərtəbəli yataqxanasında akt zalı, texniki yaradıcılıq sahəsi, emalatxanalar, kitabxana, o cümlədən elektron kitabxana, tədris və yataq, istirahət və fitnes otaqları, ictimai iaşə obyekti yerləşir.
Qeyd edək ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin mühüm istiqamətlərindən biri də insan kapitalının inkişafı və müasir təhsil infrastrukturunun formalaşdırılmasıdır. Ölkə miqyasında son illərdə yüzlərlə yeni məktəb binasının inşası, mövcud tədris ocaqlarının əsaslı təmiri və ən son texnoloji avadanlıqlarla təchiz olunması gənc nəslin yüksək standartlara cavab verən təhsillə təmin edilməsinə geniş imkanlar açıb. Bu baxımdan Şuşa Peşə Təhsili Mərkəzi böyük əhəmiyyətə malikdir. Mərkəz bölgədə geniş vüsət alan bərpa və quruculuq işlərində bilavasitə iştirak edəcək yerli ixtisaslı kadrların, peşəkar mütəxəssislərin hazırlanmasında mühüm platformaya çevriləcək.
Azərbaycan Prezidenti İlham Əliyev bu gün Xankəndidə Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib.
Sosial mediada Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin çevriliş planın baş tutacağı təqdirdə vəzifə verəcəyi şəxslərin siyahısı yayımlanıb
Səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan səhmdar cəmiyyətlərdə korporativ idarəetmə qaydaları və standartlarının tətbiqi üçün zəruri tədbirləri Maliyyə Nazirliyi həyata keçirəcək.
Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının tabeliyində "Daşkəsən Rayon Mənzil-kommunal Təsərrüfatı Müəssisəsi" Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılıb.
Azərbaycanda avtomobil idarə edən sürücülərin böyük əksəriyyəti əsas yol hərəkəti qaydalarını — sürət həddini aşmamağı, qırmızı işıqda keçməməyi və təhlükəsizlik kəmərini bağlamağı yaxşı bilir. Lakin elə situasiyalar var ki, sürücülər adət etdikləri vərdişlərin və ya kiçik ehtiyatsızlıqların cərimə ilə nəticələndiyindən xəbərsiz olurlar. Yol hərəkəti haqqında qanunvericilikdə nəzərdə tutulmuş bu xırda detal kimi görünən qaydalar, əslində həm büdcənizə, həm də sürücülük balınıza ciddi təsir göstərə bilər.