Təbriz İlyasov “Sea Breeze” layihəsində Xərclərə Nəzarət Departamentinin rəhbəri vəzifəsinə təyin olunub.
O, bu vəzifəyə bu ilin noyabr ayında başlayıb.
Bundan əvvəl, 2026-cı ilin avqust-noyabr aylarında “Sea Breeze”də aparıcı xərclərə nəzarət mühəndisi kimi çalışıb.
T.İlyasov 2026-cı ilin aprel-iyul aylarında “Amal Group” şirkətində xərclərə nəzarət üzrə mühəndis, 2025-ci ilin aprelindən 2026-cı ilin martınadək isə “Sea Breeze”də smeta və xərclərə nəzarət üzrə mühəndis vəzifəsində işləyib.
O, 2024-cü ilin martından 2025-ci ilin aprelinədək Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətində baş məsləhətçi – ümumi tikinti mühəndisi olub.
Təbriz İlyasov, həmçinin 2023-cü ilin iyunundan 2024-cü ilin martınadək “Facility Management Group”da mülki mühəndis, 2021-ci ilin avqustundan 2023-cü ilin aprelinədək “Royal Development, Inc” şirkətində mülki mühəndis, 2020-ci ilin noyabrından 2021-ci ilin iyulunadək “Inmesco GmbH”də, 2019-cu ilin noyabrından 2020-ci ilin aprelinədək isə “AGAH Group LLC”də çalışıb. Sonuncu şirkətdə texniki ofis mühəndisi vəzifəsini tutub./Yurd.Media/
Azərbaycan Prezidenti İlham Əliyev bu gün Xankəndidə Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib.
Sosial mediada Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin çevriliş planın baş tutacağı təqdirdə vəzifə verəcəyi şəxslərin siyahısı yayımlanıb
Səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan səhmdar cəmiyyətlərdə korporativ idarəetmə qaydaları və standartlarının tətbiqi üçün zəruri tədbirləri Maliyyə Nazirliyi həyata keçirəcək.
Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının tabeliyində "Daşkəsən Rayon Mənzil-kommunal Təsərrüfatı Müəssisəsi" Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılıb.
Azərbaycanda avtomobil idarə edən sürücülərin böyük əksəriyyəti əsas yol hərəkəti qaydalarını — sürət həddini aşmamağı, qırmızı işıqda keçməməyi və təhlükəsizlik kəmərini bağlamağı yaxşı bilir. Lakin elə situasiyalar var ki, sürücülər adət etdikləri vərdişlərin və ya kiçik ehtiyatsızlıqların cərimə ilə nəticələndiyindən xəbərsiz olurlar. Yol hərəkəti haqqında qanunvericilikdə nəzərdə tutulmuş bu xırda detal kimi görünən qaydalar, əslində həm büdcənizə, həm də sürücülük balınıza ciddi təsir göstərə bilər.