banner
banner

Gündəm

Bakı top 10-da

Bakı top 10-da

Rusiyanın Travel.ru saytı mövcud statistikanı nəzərə alaraq rus turistlərin MDB məkanında ən çox yönəldiyi səmtləri müəyyənləşdirib.
Resurs bildirir ki, reytinq 2015-ci ilin 1 iyun tarixindən 31 avqust tarixinədək sərbəst səyhət edən turistlər tərəfindən otellərin bron edilməsinə əsasən hesablanıb. 
Hesablamalara əsasən MDB üzrə yay tətilləri üçün top10 siyahısında Azərbaycanın paytaxtı Bakı şəhəri də yer alıb.
Travel.ru-nun məlumatına görə Bakıya gələn rus turistlər yaşamaq üçün bir günüə ortalama 60 dollar pul xərcləyirlər. Bu yöndə MDB ölkələri üzrə ən sərfəli şəhər Moldova paytaxtı Kişinyov (sutkasına 35 dollar) olduğu halda, ən bahalı şəhər isə Qazaxstanın paytaxtı Astana (sutkasına 93 dollar) oldu.

Lakin rus turistlərin Azərbaycan meyli təkcə Bakı ilə bitmir. Belə ki, Azərbaycanın Xudat şəhəri rus turistlərin bu yay seçdiyi top5 kurort zonası kimi qeyd olunub.

Qeyd edək ki, siyahıda Qazaxstan, Belarus və Ukraynanın da şəhərləri var. Portal onu da əlavə edib ki, əgər Gürcüstan MDB-yə daxil olsaydı onda Batumi şəhəri mütləq top10-na daxil olardı.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.