banner
banner

Gündəm

Yaralılardan xəbər var

Yaralılardan xəbər var

"Klinik Tibbi Mərkəzinin Toksikologiya şöbəsində müalicə olunanlardan 1-i artıq dünən evə buraxılıb. Bu, xəsarət almış Manafova Səbinədir. Onun səhhəti qənaətbəxş olduğu üçün xəstəxanadakı müalicəsi yekunlaşıb". 
Bunu açıqlamasında Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova söyləyib.
O bildirib ki, hazırda Toksikologiya şöbəsində 11 nəfər xəsarət alan müalicə olunur. Nazirlik rəsmisi əlavə edib ki, onlardan 7-i qadın, 3-ü uşaq və 1-i kişidir.

Liya Bayramova bildirib ki, xəsarət alanlardan biri isə bu gün evə buraxılacaq: "Evə buraxılan şəxs Manafova Elviradır. Bu şəxs dünən evə buraxılan Səbinə Manafovanın anasıdır. Onun səhhəti normallaşıb", - deyə nazirlik rəsmisi söyləyib. 
Qeyd edək ki, Bakı şəhərində baş verən yanğın zamanı hadisə yerində təcili yardım briqadaları tərəfindən 56 nəfərə tibbi yardım göstərilib, onlardan 41-i xəstəxanalara yerləşdirilib. Xəstəxanaya yerləşdirilənlərdən 16-sı lazımi yardım göstərilərək buraxılıb.

Hadisə nəticəsində 15 ölüm hadisəsi olub. Binadan 14 meyit çıxarılıb, bir nəfər - 68 yaşlı qadın isə gecə xəstəxanada vəfat edib.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.