banner
banner

Sosİal

“Penoplast” bu dəfə yanmadı

“Penoplast” bu dəfə yanmadı

Bakı sakinləri “penoplast”la üzlənmiş bir bina üzərində təhlükəli eksperiment aparıblar.

Paytaxtda bir neçə nəfər hazırda yaşayış olan çoxmərtəbəli yaşayış binasının üzərindəki üzlükləri yandırmağa çalışıblar. Eksperiment aparılan binanın Binəqədi rayonunda yanan binadan fərqi burada “penoplast”ların divara yapışdırılmasıdır. Elə sakinlərin bu eksperimentdə də məqsədi budur ki, 15 nəfərin ölümünə səbəb olan binada yanğının hansı səbəbdən güclü olduğunu və tez bir zamanda tamamilə alışdığını praktiki olaraq göstərsinlər.

Videodan göründüyü kimi, divara yapışdırılan üzlüklər yanmır. Çünki üzlüklərlə divar arasında hava boşluğu yoxdur.

Bakıda 2009-cu ildən bəri binaların “penoplast” ilə üzlənməsi sahəsində fəaliyyət göstərən bir şirkətin saytında onun necə vurulması qaydası qeyd olunub. Qaydalara görə, bu üzlüklər kafel-metlak yapışdırıcısı ilə divara tam bərkildilməlidir. Divarla üzlük arasında boşluq, hava keçmək üçün yer olmamalıdır. Bundan sonra həmin üzlüklər istənilən rəngdə boyana bilər.

Bakı meri Hacıbala Abutalıbov da Azadlıq prospektindəki binanın yanğn zamanı qısa müddətdə alovlanmasına “penoplast”ların dəmir arakəmsələrlə divardan aralı vurulmasının səbəb olduğunu deyib.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.