banner
banner

Gündəm

Hafiz Məmmədovla bağlı daha bir - Müəmma

Hafiz Məmmədovla bağlı daha bir -

Mediada ölkədən qaçması ilə bağlı yayılan məlumatdan sonra iş adamı Hafiz Məmmədovun "Bakı" klubunun saytında futbolçulara təşəkkür açıqlaması yer alıb. 

“Bakı”nın prezidenti klubun dünən baş tutan oyununda iştirak etməsə də, futbolçulara təşəkkür  edərək onların çıxışından razı qaldığını bildirib:

““Neftçi” ilə oyun “Bakı”nın cari mövsümdəki son ev qarşılaşması idi. Komanda çox yaxşı təsir bağışladı. Göstərilən oyuna görə futbolçulara təşəkkür edirəm. Onlar əsl kollektiv kimi mübarizə apardılar. İnanıram ki, bu uşaqlar gələcəkdə Azərbaycan futboluna daha böyük xeyir verəcəklər. “Bakı” bu mövsüm 9-cu yeri tutdu. Amma bu nəticə bizi məyus etmir.

Çünki bu, onların böyük futbolda ilk addımlarıdır. “Bakı” vuruşqan komanda təsiri bağışladı. Bu gün komandamızda gənclərin oynaması Azərbaycan futboluna böyük fayda verəcək. Hazırda Premyer Liqanın bir çox klublarında “Bakı”nın yetirmələri oynayır. Bu, bizim düzgün iş apardığımızın göstəricisidir. İnanıram ki, hazırki heyətdə yer alan gənclər daha böyük uğurlar əldə edəcəklər. “Bakı” klubunun əsas məqsədi daim Azərbaycan futboluna xeyir vermək olub. Bu gün “Bakı”da oynayan gənclər yaxın gələcəkdə milli komandamızda da əsas söz sahibləri olacaqlar”.

Qeyd edək ki, azpolitika.info saytı məlumat yayıb ki, iş adamı mayın 16-da Azərbaycandan qaçıb və Hafiz Məmmədov barəsində Nəsimi rayon məhkəməsi tərəfindən mayın 18-də həbs-qətimkan tədbiri seçilib.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.