banner
banner

Gündəm

“Bütün obyektlərə ciddi nəzarət edilir” - Kəmaləddin Heydərov

“Bütün obyektlərə ciddi nəzarət edilir” -

“Mən əminəm ki, Birinci Avropa Oyunları zamanı insanların təhlükəsizliyi ən yüksək səviyyədə təmin ediləcək”. 

Bu barədə fövqəladə hallar naziri Kəmaləddin Heydərov Böyük Britaniyanın “The Business Year” jurnalına müsahibəsində Birinci Avropa Oyunlarına hazırlıq mərhələsində Nazirliyin rolundan danışarkən deyib. K.Heydərov qeyd edib ki, Fövqəladə Hallar Nazirliyinin ən mühüm vəzifəsi Oyunlar zamanı bütün idmançıların və qonaqların təhlükəsizliyinin təmin etməsidir və bu istiqamətdə ciddi tədbirlər görülür. Nazirin sözlərinə görə, bütün obyektlərin tikintisi zamanı yanğın və tikinti təhlükəsizliyinə ciddi diqqət yetirilir, bütün obyektlərə ciddi nəzarət edilir, onlar sınaqdan keçirilir və hər hansı nöqsanlar olduğu halda aradan qaldırılması üçün təcili tədbirlər görülür.
K.Heydərov əlavə edib ki, Nazirliyin müvafiq departamentləri fövqəladə hallarda evakuasiya planları hazırlayır və bu planların tətbiqi ilə bağlı müxtəlif təlimlər keçirir.
Nazir əlavə edib ki, fövqəladə vəziyyətə dərhal reaksiya vermək məqsədilə fövqəladə xilasetmə resurslarının planlaşdırılmasına xüsusi diqqət yetirilir: “Həmçinin biz Nazirliyin bütün resurslarını və imkanlarını bir nöqtədən idarə etmək üçün komanda mərkəzi yaratmağı nəzərdə tuturuq. Eyni zamanda, Bakı 2015 Təşkilat Komitəsi ilə sıx əməkdaşlıq yaratmaq məqsədilə Nazirliyin müxtəlif departamentlərin nümayəndələrindən ibarət işçi qrupu yaradılıb və daimi əlaqələndirici təyin edilib”.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.