banner
banner

Gündəm

“Nə dəxli var sənə?! Alabala…”- Abid Şərifov+Video

“Nə dəxli var sənə?! Alabala…”-

Bu gün baş nazirin müavini Abid Şərifov Binəqədi rayonunda yanan binaya baş çəkib. 

Cia.az xəbər verir ki, prezident İlham Əliyevin yanğınla bağlı yaratdığı  Dövlət Komissiyasının sədri olan Abid Şərifov yanan binanın gələcək taleyi ilə bağlı sualları cavablandırıb. Onun cavabları sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.

Binada təmir işlərinin 5 aya tam başa çatacağını bildirən baş nazirin müavini üzlüklərin hansı materialdan olması haqda hələ ki, qərar verilmədiyini açıqlayıb. 

Sonda jurnalistin “Tikinti işlərinə hansı şirkət daxil olacaq?” sualına Abid Şərifov belə cavab verib:

“Nə dəxli var sənə?! Nə üçün bilməlisən kimdi?! Alabala… Sonra?! Müəyyən olunur ki, finalkəsdi, filankəsdi də. Bunu biz müəyyən edirik, bunun “pressa”ya dəxli var, ay oğul? Sonra sualınız var?!”

Video: XezerXeber

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.