banner
banner

Sosİal

Biləsuvar gömrüyündə nə baş verir?!

Biləsuvar gömrüyündə nə baş verir?!

Dövlət Gömrük Komitəsinin Biləsuvar keçid məntəqəsində İrana keçmək istəyən 1000-ə yaxın insan toplaşıb. Vətəndaşlar heç bir səbəb göstərilmədən, sübh tezdən qonşu ölkəyə buraxılmır.

Bu barədə strateq.az-a hazırda keçid məntəqəsində olan vətəndaşlardan biri xəbər verib.

Onun sözlərinə görə, gömrükdə acınacaqlı mənzərə yaranıb: "Burada İrana keçmək istəyən yüzlərlə qoca, qadın, uşaq var. Saatlardır ki, ayaq üstə dayanıb İrana keçəcəklərini gözləyirlər, aclıq, yorğunluq onları əldən salıb. Vətəndaşlar Dövlət Sərhəd Xidmətini keçsələr də gömrükdə saxlanılıblar. Camaat etiraz olaraq qışqırır, pəncərələri döyür, dəmir məhəccərləri silkələyir, amma gömrük məmurları əsla reaksiya vermirlər. Heç bir səbəb göstərmirlər ki, insanlara niyə işgəncə edirlər, sadəcə deyirlər ki, yoxlamadır, gedin, kimə deyirsiniz deyin..."

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.