İran hakimiyyəti milli şirkətlərin ABŞ şirkətləri ilə ticarət əlaqələrinin genişləndirməsinə icazə verib. Bu barədə şənbə günü İranın ticarət palatası, sənaye, mədən və kənd təsərrüfatı başçısı Qolamrezu Şafei danışıb. “Qeyri-rəsmi əlaqələr İran və ABŞ arasında birgə ticarət palatalarının qurlumasına yol aça bilər”- deyə Şafei "Mehr" agentliyinə müsahibəsində bildirib.
Şafei eləcə də xəbər verib ki, ABŞ ilə birgə sənaye-ticarət palatasının yaranması fikri ölkədə 10 ay ərzində müzakirə edilib.
“Hakimiyyətlə çox vacib məsləhətləşmələr getdi və bizə tövsiyyə etdilər ki, əlaqələr ilk növbədə İran və Amerikanın özəl sektoru üzrə qurulmalıdır. Bu əlaqələr möhkəmləndikdən sonra isə bu birgə palataların yaradılması və ticarətcilər arasında formal əlaqələrə yol açmalıdır”- deyə Şafei məsələyə aydınlıq gətirib.
Şafeinin sölərinə görə, amerikalı iş adamları artıq könüllü şəkildə İran-ABŞ sənaye-ticarət palatasına yaratsalar da bu rəsmi olaraq qeydiyyatdan keçməyib. O əlavə edib ki, amerikalı biznesmenlər İranla ticarət əlaqələrinin qurulmasına böyük maraq göstərsələr də bu barədə rasmi təklif hələ gəlməyib.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.