Bakıda bu da oldu: qab pastası şampun qabına tökülüb satılır
“Azərbaycana Türkiyə, Çin və Rusiyadan saxta kosmetik vasitələr gətirilir. Xüsusilə də Türkiyə və Rusiyanın sertifikatları tanındığından bu ölkələrdə istehsal edilən məhsullar ciddi yoxlanılmır”.
Cia.az xəbər verir ki, bunu virtualaz.org saytına açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.
E.Hüseynovun sözlərinə görə, hazırda ölkə bazarında külli miqdarda saxta kosmetik vasitələr satılır: “Bu məhsullar dəri xərçənginə, ən yaxşı halda isə allergiyaya səbəb ola bilər. Ancaq ölkədə müstəqil laboratoriya yoxdur, məhsulun saxta olub-olmadığını müəyyənləşdirmək çətindir”.
E.Hüseynov ona da saxta kosmetika satılmasının təklif edildiyini dedi:“Mən illər öncə bizneslə məşğul olmuşam. Türkiyədən kosmetika gətirərək Azərbaycanda satmaq istəyirdim. Türkiyədən mənə dedilər ki, qiyməti söyləmək kifayətdir, yəni sifariş verilən qiymət əsasında kosmetik vasitə istehsal edib verirlər. Aydın məsələdir ki, burada söhbət keyfiyyətsiz məhsul istehsalından gedir. Biznesmenin sifariş verdiyi qiymətlə məhsul istehsal edilməsi halları mövcuddur. Təbii ki, mən bundan imtina etdim. Lakin dəfələrlə belə halların olduğunu aşkarlamışıq”.
Hüquq müdafiəçisi qeyd etdi ki, alıcılar arasında maarifləndirmə tədbirləri aparılmadığından onlar məhsulların saxta olub-olmadığını müəyyənləşdirə bilmirlər: “Kosmetik vasitələrin üzərində istehsal və son istifadə müddəti göstərilməlidir. Məhsulların üzərinə etket vurulmalıdır, istehsal edildiyi ölkənin adı, tərkibindəki maddılərin haqqında məlumatlar verilməlidir”.
E.Hüseynov Bakıda qab pastalarının şampun qablarına tökülərək müştərilərə satıldığını, bu cür halların hətta bir çox otellərdə də baş verdiyini, habelə “Romaşka”, “Almalı” markalarının saxtalaşdırıldığını da xatırlatdı.
Qeyd edək ki, ötən həftə Türkiyədə aparılan yoxlamalar zamanı mağazalarda satılan külli miqdarda saxta kosmetik vasitə və saç şampunlarının xarici ölkələrə də satıldığı bəlli olub.
Türkiyə mətbuatının məlumatına görə, son bir-iki ayda aparılan araşdırmalarda 5 min şampunun saxta olduğuna dair rəy verilib.
Türkiyənin Səhiyyə Nazirliyi yoxlamalar aparılsa da mağazalarda saxta məhsulların satışının qarşısının alınmasının mümkünsüz olduğunu bildirib.
İddialara görə, saxta məhsulların böyük hissəsi saç şampunlarıdır. Bu məhsullar bir neçə ölkələrə də satılır. Həkimlər isə saxta şampunların tərkibinə qatılan kimyəvi tərkibli qatqıların saç tökülməsinə, dəri xəstəliklərinə səbəb olduğunu bildiriblər.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.
Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) tərəfindən son günlərdə Dövlət Yol Polisinin adından vətəndaşlara qarşı həyata keçirilən fişinq hücumlarının artdığı müşahidə olunur.
“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.
Abşeronun şimal-şərqində yerləşən yaşayış məntəqələrini Bakı-Quba və Bakı-Şamaxı-Yevlax magistralları ilə birləşdirəcək Pirşağı-Novxanı-Xırdalan-M4 avtomobil yolu inşa olunur.