Mayın 23-də Bakıda türkiyəli qonaqların iştirakı ilə baş tutan kitab təqdimatı gənc yazarların etirazı ilə qarşılanıb. Bir qrup azərbaycanlı qələm adamı ilə qardaş ölkədən olanların birlikdə ərsəyə gətirdikləri “Avrasiya şairləri antologiyası” adlı kitabın təqdimatı paytaxtdakı restoranlardan birində baş tutub.
Təqdimatın bu tarixdə və bu şəkildə keçirilməsi isə bəzi tədbirə dəvət olunanlarda qəzəb hissi doğurub. Dünya Gənc Türk Yazarlar Birliyi idarə heyətinin üzvü Emil Rasimoğlu və AYB-nin üzvü İntiqam Yaşar faciəni unudanları kəskin şəkildə qınayaraq tədbiri tərk ediblər.
Buna səbəb isə bir neçə gün əvvəl Binəqədi rayonunda 15 nəfərin ölümü ilə nəticələnən dəhşətli yanğın hadisəsinin və həmin insanlıq dramının belə qısa bir zamanda unudulması, qələm adamlarımızın qonaqlara xoş olsun deyə ziyafət verməsi, çal-çağır etməsi, oynaması olub. Biz bütün dərdlərimizi, faciəmizi belə unutsaq, onda gərək Qarabağda – ən əsası, Xocalıda yaşananları xatırlamayaq.
Ortada bir səhv var. Səhv bu tədbirin təşkilatçılarının (şairə Raifə Sərxanqızı və d.) uyğun olmayan bir vaxtda, uyğun olmayan bir məkanda, uyğun olmayan bir şəkildə keçirməsidir. Hansı ki, bu günlərdə əksəriyyətimizin matəm havasında olduğu göz önündədir. Türkiyədən gələn qonaqlar da bunu başa düşməli, acımız acıları olmalı idi.
Xatırladaq ki, sözügedən antologiyanın hazırlanmasında əsas rol oynayan, Türkiyə üzrə cavabdeh nümayəndə Savaş Ünal bundan əvvəl də ölkəmizdəki qələm adamlarının iştirakı ilə “Türk dünyası şairleri” adlı antologiya çıxarmış, lakin həmin vaxt çap olunmaq istəyənlərdən pullarını alaraq, vəd etdiyi kitabları verməmişdi. Həmin hadisədən sonra onun saxta siması bir sıra ədəbiyyat nümayəndələrimizə məlum olub.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.