banner
banner

Dünya

Ankarada partlayış: ölənlər və yaralananlar var - VİDEO

Ankarada partlayış: ölənlər və yaralananlar var -

Türkiyədə fabiklərdən birində fəhlələrin ölümü və xəsarət alması ilə nəticələnən güclü partlayış baş verib. 

Hadisə paytaxt Ankaranın Kazan rayonunda baş verib. 

Rayon ərazisində fəaliyyət göstərən sement fabrikində sement qazanı naməlum səbəblə partlayıb və yanğın başlayıb. 

Baş vermiş bədbəxt hadisə nəticəsində 3 fəhlə ölüb, 2 nəfəri ağır olmaqla 5 fəhlə isə yaralanıb. 

Partlayışdan sonra hadisə yerinə çox sayda təcili yardım və yanğınsöndürmə briqadaları cəlb olunub. 

Yanğınsöndürmə briqadalarının müdaxiləsi ilə yanğının qarşısı alınıb, yaralılar isə yaxınlıqda olan xəstəxanalara çatdırılıblar. 

Hazırda dağıntıların altında insan olub-olmadığını müəyyən etmək üçün bölgədə axtarış-xilasetmə işləri davam edir. 

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.