banner
banner

Gündəm

İlham Əliyev və xanımı media kəndində

İlham Əliyev və xanımı media kəndində

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı, birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva mayın 25-də Atletlər və Media kəndlərinin açılışlarında iştirak ediblər.

Dövlət başçısı və xanımı əvvəlcə Atletlər kəndində oldular.

Prezident İlham Əliyev Atletlər kəndinin rəmzi açılışını bildirən lenti kəsdi.

Gənclər və idman naziri, birinci Avropa Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov dövlət başçısına və xanımına görülmüş işlərlə bağlı məlumat verdi. Bildirildi ki, Atletlər kəndində 13 yaşayış və bir inzibati bina fəaliyyət göstərir. Yaşayış binalarındakı 1042 mənzildə 7499 nəfərin qalması üçün hər cür şərait var.

Prezident və xanımı mənzillərdə, ticarət mərkəzində, eləcə də dünya və Azərbaycan mətbəxinin nümunələrinin təqdim olunduğu yeməkxanalarda, tibb məntəqəsində yaradılan şəraitlə maraqlandılar.

Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Media kəndində oldular.

Azərbaycan Prezidenti Media kəndinin rəmzi açılışını bildirən lenti kəsdi.

Dövlət başçısı və xanımı akkreditasiya, klub-istirahət mərkəzlərinə, media nümayəndələri üçün mənzillərə və yeməkxanaya baxdılar.

Bildirildi ki, Media kəndindəki dörd yaşayış binasında ümumilikdə 536 mənzil var ki, burada da 1830 nəfər qala bilər. Media kəndində 500 yerlik yeməkxana, klub-əyləncə və s. mərkəzlər fəaliyyət göstərir.

Sonda xatirə şəkli çəkdirildi.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.