banner
banner

Sosİal

Bakının möhtəşəm Ağ Şəhər bulvarı

Bakının möhtəşəm Ağ Şəhər bulvarı

Bakı yeni inşa olunmuş Ağ Şəhər bulvarında artıq son tamamlama işləri aparılır. 
ANS PRESS 3 kilometrlik ərazidə yaradılan yeni bulvar ərazisindəki son vəziyyəti görüntüləyib. Müşahidələrimizdən aydın oldu ki, Bakı Ağ Şəhər bulvarında işlər yüksək səviyyədə həyata keçirilib. 

Bu bulvar əvvəllər paytaxtın “Qara şəhər” kimi tanınan və bir çox sənaye müəssisələrinin yerləşdiyi ərazidə salınıb. Yeni bulvar dünyanın ən iri müasir layihələrindən biri olacaq “Bakı Ağ Şəhər” layihəsini tamamlamaqla paytaxtımızın simasını daha da gözəlləşdirir.

Bakı sakinlərinin və şəhərimizin qonaqlarının istirahəti üçün Ağ Şəhər bulvarında infrastruktur ən müasir tələblər səviyyəsində yaradılıb. Bulvarda hərəkətin təhlükəsizliyini təmin etmək üçün piyada keçidləri də inşa edilib. Bakı Ağ Şəhər bulvarı Ağ Şəhərdən Xəzərə açılan mənzərəni daha da cazibədar edir. Gələcəkdə bulvar ərazisinin daha da artırılması və uzunluğunun 25 km-ə qədər çatdırılması planlaşdırılır. Belə olan halda Bakı bulvarı dünyanın ən böyük bulvarı adını qazanacaq. 

Yeri gəlmişkən əlavə edək ki, bu yaxınlarda Böyükşor bulvarının da açılışı olub və həmin ərazi insanların istifadəsinə verilib. Bu bulvarın sahilboyu gəzinti zolağının uzunluğu 2,5 kilometr, bulvar sahəsinin ümumi eni isə 94 metrdir. Burada idman və uşaq oyun meydançaları qurulub, ayrıca qaçış və velosiped zolaqları salınıb, minlərlə ağac və bəzək kolu əkilib. Gölün içində quraşdırılmış fəvvarələr kompleksi şəhərimizin qonaqlarının zövqünü oxşamaqla yanaşı, həm də gölün suyunun keyfiyyətinin yaxşılaşdırılması üçün onu oksigenlə zənginləşdirir. Gölün idarə edilməsi, su keyfiyyətinin yaxşılaşdırılması və monitorinqi üçün günəş enerjisi ilə qidalanan xüsusi qurğulardan istifadə edilir.

































Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.