banner
banner

Gündəm

Yanan pullar sakinlərə qaytarılacaq

Yanan pullar sakinlərə qaytarılacaq

May ayının 19-da Binəqədi rayonunda yanan bina sakinlərinin yerləşdirilməsi prosesi gedir. Binəqədi rayon İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova bildirib.
Onun sözlərinə görə, bu günə qədər yanan binada yaşayan 51 ailə müvəqqəti mənzillərlə təmin olunub. 

Ailələrdən 12-si pansionatlarda, 39-u isə kirayə evlərdə yerləşdirilib. Yerdə qalan 6 ailədən biri tamamilə dağılıb. 4 ailənin qalmağa yerləri var. Bir ailənin üzvləri isə xəstəxanadadır.

Qeyd edək ki, yanan binada ümumilikdə 57 mənzil olub. Həmin mənzillərdən biri isə 2 hissəyə bölünüb. Bu səbəbdən də, həmin mənzili 2 sayırlar.

Nuridə Allahyarova deyir ki, sakinlər yerləşdirilərkən sakinlərin iş yerləri, təhsil aldığı müəssisələrin yerləri nəzərə alınır.

Qeyd edək ki, may ayının 19-da yanan binada 56 ailə olub. 16 mərtəbəli binada 143 nəfər yaşayırdı. Faciə nəticəsində 15 nəfər ölüb.

Rayon İcra Hakimiyyəti rəsmisinin sözlərinə görə, əhaliyə dəyən ziyanın müqabilində kompensasiyalar da ödəniləcək.

“Hər ailəyə 20 min manatdan əlavə, kimin evində nağd pul olubsa, həmin məbləğ vətəndaşlara qaytarılacaq. Artıq müraciətlər başlanıb. Sakinlərin müraciəti əsasında komissiya araşdırmalar aparacaq. Sakinlərin itirdiyi pulun məbləği dəqiqləşdiriləcək və həmin məbləğ vətəndaşa qaytarılacaq”, - deyə Nuridə Allahyarova bildirib.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.