banner
banner

Gündəm

Hacı İbrahimin holdinqi bağlandı- layihələri dayandırıldı

Hacı İbrahimin holdinqi bağlandı-

Son bir neçə gündür həbsdə olan tanınmış iş adamı Hacı İbrahim İbrahimovun (İbrahim Nehrəmli) prezidenti olduğu “Avesta Concern” şirkəti ləğv olunub.

Bu barədə publika.az-a Hacı İbrahim Nehrəmlinin köməkçisi məlumat verib.

Məlumatda qeyd olunur ki, iş adamı Azərbaycan Beynəlxalq Bankına olan borcla əlaqədar sözügedən şirkəti satışa çıxarıb. Bir neçə gün əvvəl isə “Avesta Concern”nin bütün işçilərinə işə gəlməməklə bağlı xəbərdarlıq edilib. Səbəb kimi isə şirkətin ləğv olunması və yaxud satışa çıxarılması göstərilib.

Bundan əlavə, şirkətin həyata keçirdiyi “Khazar Islands New City”, “Gold City” və digər layihələri də müvəqqəti olaraq dayandırılıb.

İşdən çıxanlar arasında “Avesta Concern”nin vitse-prezidenti Taleh Quliyev, ictimaiyyətlə əlaqələr mərkəzinin rəhbəri Xaqani Cəfərli və digər şəxslər də var. İşçilərə deyilib ki, borcunu ödəyə bilsə, o zaman işçilərin hər biri təkrar öz vəzifəsinin icra etmək üçün şirkətə çağırılacaq.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.