banner
banner

Şou

Emin "İlin dueti" mükafatını alıb - FOTOLAR

Emin "İlin dueti" mükafatını alıb -
Moskvada “Crocus City Hall”da Ru.TV-nin beşinci mükafatlandırma mərasimi baş tutub.
Gecədə mükafata layiq görülənlər arasında müğənni-bəstəkar Emin də yer alıb. Onun rusiyalı ifaçı Svetlana Loboda ilə birlikdə səsləndirdiyi “Smotriş v nebo” (“Göyə baxırsan”) mahnısı “İlin dueti” nominasiyası üzrə birinci olub.
 
Eminin adı yazılmış köynək geyinən pərəstişkarları əllərində şarlar və kağızlarla ona sürpriz hazırlayıb, müğənnini təbrik ediblər.

Gecədə mükafat alanlar arasında Ani Lorak, Sergey Lazarev, “Serebro” və başqaları olub.

Qeyd edək ki, Emin müsabiqədə beş nominasiya üzrə yarışırdı:  "Ən yaxşı duet" (Svetlana Loboda - "Smotriş v nebo"), "Ən yaxşı mahnı" ("Ya luçşe vsex jivu"), "Ən yaxşı müğənni", "Ən yaxşı konsert proqramı", "Sevənlər və sevməyənlər".
 
 


 

 

 

 

 

 

 



 

 

 

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.