banner
banner

Sosİal

“Çörək pulumuzu oğlum çıxarır...”- Gülər Əhmədova ilə müsahibə

“Çörək pulumuzu oğlum çıxarır...”-

Keçmiş deputat Gülər Əhmədova Modern.az saytının suallarını cavablandırıb. 

Cia.az həmin müsahibəni təqdim edir:

- Gülər xanım, hazırda nə işlə məşğulsunuz?

- Hazırda ailəmlə, övladımın dərsi ilə, sağlamlığımızla məşğulam. Başqa heç nə ilə maraqlanmıram. Balaca oğlumun 10 yaşı tamam oldu. O, körpə uşaq kimi bütün günü yanımdan ayrılmır.

- Həmişə sizi aktiv, ictimai-siyasi tədbirlərdə yaxından iştirak edən xanım kimi görmüşük. İndi özünüzü ailənizə, uşağınıza həsr etmisiniz, bu sizə sıxıcı gəlmir?

- Qətiyyən. Ailə, uşaq heç vaxt darıxdırıcı ola bilməz. Balaca oğlum çox ağır stresslər keçirtdi. Hazırda onun psixologiyası ilə məşğulam. Keçirdiyimiz günlər uşaq üçün də, böyük üçün də ağır stresslər idi. Çalışırıq ki, o günləri övladıma, özümüzə unutduraq.

- Yenidən ictimai həyata qayıtmaq kimi bir planınız və ya istəyiniz varmı?

- Açığı, bu barədə, ümumiyyətlə, düşünmürəm. Ancaq elmi sahə üzrə müəyyən məsələləri planlaşdırıram. Elm sahəsində müəyyən tədqiqatlarım var. Bilirsiniz ki, psixologiya elmləri namizədiyəm. İctimai olmasa da, indi sırf elmi işlə, uşaq psixologiyası ilə məşğulam. İndi psixologiya sahəsi üzrə bir çox ədəbiyyatlarda araşdırmalar aparıram. Araşdırmam uşaqların psixoloji vəziyyətlərinin korreksiya olunması ilə bağlıdır. Çünki uşaqlara korreksiya çox lazımdır. Əvvəllər mənim belə araşdırmalarım olub, elmi işim də psixologiya ilə bağlı idi. İndi fəaliyyətimi aktivləşdirmək istəyirəm.

- Ölkədə gedən ictimai-siyasi hadisələri izləyirsinizmi?

- Açığı nə televiziya, nə də internetlə uğraşıram. Buna vaxtım da yoxdur. Ancaq ümumi bilirəm ki, dünyada nə proseslər gedir.

- 2015-ci il parlament seçkilərində namizədliyinizi verməyi fikirləşirsinizmi?

- (Gülür)... Bununla bağlı heç bir planım yoxdur. Ümumiyyətlə, ictimai-siyasi məsələlərə nə vaxtım var, nə də həvəsim.

- Gülər xanım, həyat yoldaşınız Fikrət Əhmədov Az.TV-dəki işindən çıxmışdı. İndi hansısa bir işlə məşğuldurmu?

- Yox, həyat yoldaşım da heç bir işlə məşğul olmur. Elə evdəyik.

- Bəs ailənin dolanışığı necə tənzimlənir?

- Böyük oğlum işləyir. Ailəmizin dolanışığına oğlum  və qohumlarımız kömək edir. Şükür Allaha! Bizə nə lazımdır?! Evimiz var, oturmuşuq, çörək pulumuzu da oğlum çıxarır. Böyük oğlum ailəli deyil.

Qeyd edək ki, 2013-cü il dekabrın 2-də Bakı Ağır Cinayətlər Məhkəməsi Gülər Əhmədovanı 3 il müddətinə azadlıqdan məhrum edib. Həmin ilin fevralında tutulan Gülər Əhmədova külli miqdarda ziyan vurmaqla dələduzluqda və ağır cinayəti gizlətmədə təqsirli bilinib.

Hökmə görə, Gülər Əhmədova 2005-ci ildə tanışı Sevinc Babayeva ilə əlbir olub Azərbaycan Beynəlxalq Universitetinin rektoru vəzifəsində işləmiş Elşad Abdullayevə deputat seçilməsinə köməklik edəcəyi barədə yalan vədlər verib, 1 milyon ABŞ dollarını ələ keçirib, 2012-ci ildə isə Sevinc Babayevanı istintaqdan yayındıraraq onun Türkiyədə gizlənməsinə şərait yaradıb.

2014-cü il mayın 5-də sabiq deputat Gülər Əhmədova Bakı Apelyasiya Məhkəməsinin zalından azadlığa buraxılıb.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.